Gundemxeber.az » Dünya » ABŞ Maliyyə Nazirliyi ölkədə müvəqqəti defolt tarixini açıqladı
ABŞ Maliyyə naziri Canet Yellen ölkənin iyunun 1-də defolt ola biləcəyini təsdiqləyib.
GUNDEMXEBER.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə nazirin ABŞ Konqresinin üzvlərinə ünvanladığı məktubda bildirilib.
“Maliyyə Nazirliyi, çox güman ki, iyunun əvvəlində və potensial olaraq iyunun 1-də artıq bütün hökumət öhdəlikləri üçün cavab verə bilməyəcək”, - deyə sənəddə vurğulanıb.
Yellen, həmçinin ABŞ-nin kredit qabiliyyətini qorumaq üçün millət vəkillərini milli borc tavanını dərhal qaldırmağa çağırıb.
Bundan əvvəl Ağ Evin rəhbəri Co Bayden ABŞ-də defolt halında bütün dünya üçün problemlər olacağını proqnozlaşdırmışdı. Eyni zamanda, o, respublikaçıların bu böhrana görə məsuliyyət daşıdığını bildirdi.
GUNDEMXEBER.AZ
16-05-2023, 14:32
16-04-2021, 11:38
8-05-2023, 10:11
4-06-2019, 09:27
14-10-2013, 13:01
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?