Ermənistan Milli Assambleyasının hakim “Vətəndaş Sazişi”ndən olan deputatı Akop Aslanyan “Daşnaksütyun” partiyasının fəaliyyətini dayandırmağın zəruriliyini açıqlayıb. Onun sözlərinə görə, bununla bağlı prosesə başlamaq niyyətindədir.
Gundemxeber.az xarici mediaya istinadla xəbər verir ki, Aslanyan qeyd edib ki, 1998-ci ildə “Daşnaksütyun”un fəaliyyətinin dayandırılması ilə bağlı qərar ləğv ediləndə, qanuna görə, partiya ancaq qurultaydan sonra fəaliyyətini bərpa etməli idi.
Qeyd edək ki, 1994-cü ildə prezident Levon Ter-Petrosyanın fərmanı ilə “Daşnaksütyun”un fəaliyyəti siyasi partiyalar haqqında qanunu pozmaq ittihamı ilə dayandırılıb. Ter-Petrosyanın devrilməsindən sonra Robert Koçaryan daşnakları Ermənistanın siyasi meydanına qaytarıb.
“Daşnaksütyun” fəaliyyətini dayandırmalıdır, çünki o, antierməni təşkilatıdır. Bunu təkcə mən deyil, bir çox tanınmış adamlar da deyir”, - deyə deputat bildirib.
O, daşnakların casusluq fəaliyyəti haqqında daha çox öyrənmək üçün materiallar topladığını vurğulayıb.
“Cəmi bir neçə ildən sonra “Daşnaksütyun” ölü partiya kimi siyasi səhnədən gedəcək”, - deyə Aslanyan əlavə edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?