GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Daşnaksütyun partiyasının Gürcüstandakı terror fəaliyyəti

Daşnaksütyun partiyasının Gürcüstandakı terror fəaliyyəti

Tarix: 25-06-2020, 19:43 Bölmə :Cəmiyyət Baxış: 947
Daşnaksütyun partiyasının Gürcüstandakı terror fəaliyyəti


XIX əsrin sonunda erməni millətçiləri Tiflisdə “Daşnaksütyun” partiyasını yaratdılar. 1890-cı ildə Tiflisdə yaradılan və erməni millətçilərinin ən aparıcı təşkilatlarından hesab olunan “Daşnaksütyun” erməni federativ inqilab partiyasının əsas məqsədi [1] – Azərbaycanın Qarabağ və Naxçıvan, eləcə də Türkiyənin Anadolu torpaqlarında “Böyük Ermənistan” dövlətini qurmaqdan ibarət olmuşdur. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən “Daşnaksütyun” partiyası, türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdır. Məhz bu qurultaydan sonra “Daşnaksütyun” partiyası, “türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!” əmrini vermişdir.

“Daşnaksütyun” partiyasının təsisçiləri Xristofor Mikaelyan, Simon Zavaryan və Rostom Zoryan olmuşlar. Əvvəllər partiya, eyni məqsədi daşıyan bir çox tələbə və döyüş qruplarının arasında əlaqələndirici orqan rolunu oynamışdır. Sonralar isə Tiflisdə “Daşnaksütyun” partiyasının əsas mətbu orqanları [2] – “Kentron” (“Mərkəz”) və “Droşak” (“Bayraq”) yaradıldı. Gürcüstanın paytaxtında qəbul edilən qərarlar təşkilatın manifestində öz əksini tapdı. “Daşnaksütyun” partiyasının 1890-cı ilin sentyabrında dərc olunmuş manifestində belə qeyd olunur: “erməni inqilabçıları ittifaqının yalnız indi vahid təşkilat kimi çıxış etməsinə baxmayaraq, bu ittifaq, erməni xalqının arzularını bölüşən və çoxdan fəaliyyətdə olan qrupların ittifaqıdır. Daşnaksütyun partiyasının məqsədi, “Qərbi Ermənistanın siyasi və iqtisadi azadlığına nail olmaq” üçün bütün qüvvələri birləşdirməkdir”. Daha sonra “Daşnaksütyun” partiyasının 1898-ci ildə keçirilən ikinci ümumi yığıncağında [3], partiya strukturunun desentralizasiya prinsipini əsaslandıran nizamnamə işlənib hazırlanmış, partiyanın minimal vahidi təşviqat və təbliğatla məşğul olan 7-10 nəfərdən ibarət dərnəklərdən ibarət olmuşdur.

Daşnaksütyun partiyasının Gürcüstandakı terror fəaliyyəti


İrəvan dövlət universitetinin Tarix fakultəsinin dekanı Edik Minasyan [4] qeyd edir ki, guya “erməni əhalisinin məhv edilməsinə dair plan, uzun müddət gənc

türklər tərəfindən hazırlanmışdır”. Aydın məsələdir ki, saxtakar tarixçi Minasyan, belə bir iddia ilə heç bir tarixi əsası olmayan “erməni soyqırımı”na bəraət qazandırmağa çalışır. Lakin bu gün hamıya, o cümlədən ermənilərə də məlumdur ki, məhz “Daşnaksütyun”un terror fəaliyyəti nəticəsində günahsız müsəlmanlar qətlə yetirilmişlər. Bu baxımdan qeyd etmək lazımdır ki, məhz “Daşnaksütyun”un 1919-cu ilin oktyabrındakı IX qurultayında, müsəlmanlara qarşı terror aksiyasının [5] - “Nemezis” əməliyyatının həyata keçirilməsi qərara alınmışdı. “Nemezis” əməliyyatı üçün Ermənistanın ABŞ-dakı elçisi Armen Qaronun [6] rəhbərliyi ilə məsul büro, həmçinin Şaan Satçaklyanın rəhbərliyi ilə xüsusi fond yaradılmışdı. Əməliyyatın və əməliyyat rəhbərliyinin maddi təminatını Şaan Natali və Qriqor Mercanov öz üzərlərinə götürmüşdülər. İttiham olunan şəxslərin haqqında məlumat toplamağı isə Qraç Papazyanın bir qrupu həyata keçirmişdi. Armen Qaronun [5] rəhbərlik etdiyi “Nemezis”in siyahısına Türkiyənin və Azərbaycanın 650 nəfər dövlət xadiminin və ziyalısının adları salınmışdı. Həmin dövrdə Türkiyə və Azərbaycanın dövlət xadimləri və ziyalıları “Daşnaksütyun” partiyasının “Nemezis” terror əməliyyatının hədəfinə çevrilmişdilər. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən 3-5 nəfərlik terrorçu qrupların məqsədi, adları siyahıda olan şəxsləri axtarıb taparaq qətlə yetirmək idi.

1920-ci ilin iyunun 19-da, “Daşnaksütyun” partiyasının üvzləri [7] Aram Erkayan və Misak Qriqoryan tərəfindən, Azərbaycan Demokratik Respublikasının qurucularından olan dövrün görkəmli ictimai və siyasi xadimi Fətəli xan Xoyski kürəyindən güllə ilə qətlə yetirildi. Hadisə Rustaveli prospektində baş vermiş, onun yanında olan Xəlil bəy Xasməmmədov isə yaralanmışdı. Fətəli xan Xoyski “Bakıda erməni əhalisinə qarşı soyqırım”ın təşkilində günahlandırılmış və “Daşnaksütyun”un qurultayında təsdiqlənən 41 nəfərin siyahısında ilk qurban olmuşdur. Bu faciəli hadisədən bir ay sonra isə həmin millətçi partiyanın üzvləri [8] tərəfindən daha bir azərbaycanlı ictimai xadim, həkim, jurnalist və Azərbaycan Demokratik Respublikasının Parlamentinin sədr müavini Həsən bəy Ağayev qətlə yetirildi.

Daşnaklar “Nemezis” əməliyyatını davam etdirərək, 1920-ci ildə Tiflis şəhərində Azərbaycan Demokratik Respublikasının Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylini [5], 1921-ci ilin martın 15-də Berlində Osmanlı imperiyasının Daxili işlər naziri Tələt paşanı qətlə yetirdilər. 1921-ci ilin iyulun 19-da Azərbaycan Demokratik Respublikasının Daxili işlər naziri Behbud xan Cavanşir, Türkiyənin İstanbul şəhərində “Daşnaksütyun” partiyasının üzvü Misak Torlakyan tərəfindən qətlə yetirildi. 1922-ci ilin iyulun 25-də Osmanlı imperiyasının keçmiş hərbi dəniz qüvvələri naziri, Osmanlı ordusunun Suriyadakı 4-cü ordusunun baş komandanı

Camal paşa və onun müavini, erməni terrorçuları Petros Ter-Poqosyan və Artaşes Gevorkyan tərəfindən qətlə yetirildilər. 1922-ci ilin avqustun 4-də Osmanlı imperiyasının Hərbi naziri Ənvər paşa, Əfqanıstan yaxınlığında ermənilər tərəfindən qətlə yetirildi.

Qeyd etmək lazımdır ki, ermənilərin əsas məqsədi, “erməni xalqına qarşı törədilən soyqırım”ın qisasını almaq bəhanəsi altında əslində “Böyük Ermənistan” dövlətini yaratmaq olmuşdur. Öz məqsədlərindən ötrü saysız-hesabsız cinayətlər törədən erməni terrorçuları, günahsız insanları qətlə yetirmiş, misli görünməmiş vəhşiliklər törətmişlər.

Salayev Kamal
AMEA-nın Qafqazşünaslıq İnstitutunun
Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Daşnaklar 100 illik “İŞĞAL PLANI”na başladı - İrəvanda şok addım

    Daşnaklar 100 illik “İŞĞAL PLANI”na başladı - ...

    6-10-2018, 19:26

  • 
  • Paşinyanın qurduğu “alyans” dağılır

    Paşinyanın qurduğu “alyans” dağılır ...

    8-08-2018, 17:17

  • 
  • Nikol Paşinyanın baş nazir olması ehtimalı güclüdür - erməni politoloqları

    Nikol Paşinyanın baş nazir olması ehtimalı ...

    27-04-2018, 12:24

  • 
  • “Daşnaksütyun” Azərbaycan Respublikası ərazisində “prezidentliyə” namizədini irəli sürdü...-FOTO

    “Daşnaksütyun” Azərbaycan Respublikası ərazisində ...

    16-12-2019, 16:00

  • 
  • Paşinyan hökumətində kimlərinsə başı “üzüləcək” - Xaçatryan

    Paşinyan hökumətində kimlərinsə başı “üzüləcək” - ...

    29-05-2020, 13:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu