ABŞ Dövlət Departamentinin hazırladığı "Beynəlxalq Din Azadlığı Hesabatı"nda Şimali Koreya ilə bağlı məlumatlar bütün dünyanın qanını dondurub.
Gundemxeber.az xəbər verir ki, hesabata görə, 70.000-dən çox xristian inanclarına görə həbs edilib.
Ən dəhşətlisi isə odur ki, Şimali Koreyada bir ailənin yaşadığı evdən xristianların müqəddəs kitabi olan İncil tapıldıqdan sonra onların 2 yaşlı körpəsi ömürlük həbs cəzasına məhkum edilərək həbs düşərgəsinə göndərilib.
Open Doors USA (ODUSA) adlı qeyri-hökumət təşkilatı bildirib ki, Şimali Koreyada ailələr öz dini inanclarını uşaqlarından gizlədirlər və ya uşaqlarını heç bir inanc əlaməti göstərməməyə təşviq edirlər.
Qərb mediasında böyük əks-səda doğuran hesabatda Şimali Koreyalıların sırf dini inanclarına görə işgəncələrə məruz qalması halları, o cümlədən 2011-ci ildə nəvəsi ilə birlikdə öldürülən yaşlı qadın barədə məlumatlar yer alıb.
Hesabatda qan donduran başqa bir iddiaya görə, edam edilməyən qurbanlar “göyərçin işgəncəsi” adlı işgəncələrə məruz qalıb, məhbusların əlləri arxadan bağlanaraq günlərlə asılı vəziyyətdə saxlanıb.
Adı açıqlanmayan bir koreyalı məruz qaldığı işgəncəni "həyatının ən böyük əzabı" kimi təsvir edib: “O qədər əziyyət çəkirdim ki, ölməyin daha yaxşı olduğunu düşünürdüm”.
Hesabatda deyilir ki, mühafizəçilər onu günlərlə yatmağa qoymayıb.
Şimali Koreya konstitusiyası öz xalqının din azadlığına zəmanət verir, Kim Çen In rejimi buna sübut kimi ölkədə tikilmiş kilsələri göstərir.
Lakin Qərb mətbuatında yer alan xəbərlərə görə, bu kilsələr yalnız “şou” məqsədi daşıyır.
Sorğu
Yeni dizaynımız necədir?