Gundemxeber.az » Dünya » Livan parlamenti 12-ci dəfə dövlət başçısını seçə bilmədi
Livanın birpalatalı parlamentinin deputatları çərşənbə günü 12-ci dəfə respublika prezidentini seçə bilməyiblər.
Bildirilir ki, 2005-2008-ci illərdə maliyyə naziri olmuş Cihad Azur və xristian “Əl-Marada” partiyasının lideri, keçmiş daxili işlər naziri Süleyman Toni Franje birinci turda lazımi sayda səs toplaya bilməyiblər.
Məlumata görə, 128 deputatdan 59-u Azura, 51-i Franjeyə səs verib. Birinci turda qalib gəlmək üçün namizəd səslərin üçdəikisini (86), ikinci turda isə sadə səs çoxluğunu (65) toplamalıdır.
Livanda ən yüksək hökumət postu 31 oktyabr 2022-ci ildən - general Mişel Aun altıillik səlahiyyət müddətinin sonunda prezident sarayını tərk etməsindən bəri boşdur.
Gundemxeber.az
8-05-2017, 19:56
5-02-2017, 20:13
3-11-2014, 07:53
5-02-2017, 14:54
10-08-2014, 18:17
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?