Gundemxeber.az » Dünya » "Vaqner" Putinin müraciəti ilə bağlı bəyanat yaydı: - "Vətəndaş müharibəsinin tətiyini çəkdi"
"Vaqner" Putinin müraciəti ilə bağlı bəyanat yayıb. Gundemxeber.az həmin mətni təqdim edir:
"Rusiya Federasiyasının Prezidenti Vladimir Putin şərə qarşı çıxanları, korrupsiyaya, məğlubiyyətçiliyə, bərbad idarəetməyə və ən nəhayət, Ukraynada rusiyalı əsgərlərin "savaş əti" kimi qurban verilməsinə qarşı çıxanları yox, bütün bu cinayətləri törədənlərin tərəfində olduğunu bildirmiş oldu.
Seçim zamanı idi, amma o, yanlış seçim etdi, dövləti və xalqı əslində dövlətlə xalqın maraqlarını qoruyanlara, Rusiya vətəndaşlarının mənafeyini düşünənlərə qarşı durmağa çağırdı.
Görünən budur ki, bizə dürüst seçim edə bilən dövlət başçısı gərəkdir.
Vətəndaş müharibəsinin tətiyini o çəkdi.
Bir və ya iki degeneratı istefaya yollamaq əvzəinə o, Rusiyanın ən döyüşkən hissəsini tərksilah etmək əmri verdi. Bir və ya iki satqının həyatı 25 min qəhrəmanın həyatından üstün tutuldu.
Bu qarşıdurimada kimin Şər olduğu artıq bilindi.
Qələbə bizim olacaq!"
Gundemxeber,az
7-04-2018, 06:21
25-11-2013, 12:38
12-09-2013, 02:11
20-07-2014, 18:40
6-05-2015, 00:38
Sorğu
Yeni dizaynımız necədir?