Rusiya Federasiyasının Çuvaşiya Respublikasının baş prokuroru Andrey Fomin Volqa çayında çimərkən boğulub.
Gundemxeber.Az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, sahildən 150 metr aralıda onun ürəyi dayanıb. Prokuror huşsuz vəziyyətdə sahilə çıxarılıb, onu ayıltmaq cəhdləri uğursuz alınıb.
Məlumata görə, Andrey Fomin xilasedici şamandıra ilə üzürmüş. O, hər il Volqaboyu belə üzgüçülüklər yarışlarında iştirak edirmiş.
"Baza" kanalının məlumatına görə, yarışın təşkilatçıları tədbir zamanı bütün iştirakçıların tibbi müayinədən keçdiyibi və tibbi arayış təqdim edildiyini bildiriblər.
Andrey Fomin 4 avqust 1965-ci ildə Vladimir vilayətinin Kirjaç şəhərində anadan olub. 2020-ci ildə Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə o, Çuvaşiya Respublikasının prokuroru vəzifəsinə təyin edilib. 2014-2020-ci illərdə Krım prokurorunun birinci müavini vəzifəsində çalışıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?