Niderlandın Nümayəndələr Palatası 1932-1933-cü illərdə baş vermiş Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyıb.
"Ədalətin bərqərar olması və bu cür dəhşətli cinayətlərin təkrarlanmasının qarşısının alınması üçün əsas şərtdir”, - o deyib.
Prezident Hollandiyaya öz gələcəyi və bütün azad dünyanın gələcəyi uğrunda mübarizədə Ukraynaya güclü və hərtərəfli dəstəyə görə təşəkkür edib.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, Ukrayna Ali Radası 2006-cı il noyabrın 28-də "Ukraynada 1932-1933-cü illərdə Qolodomor haqqında” qanun qəbul edib. O, Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyıb.
Ukrayna digər ölkələri də bu qərarı dəstəkləməyə çağırıb. Son illərdə bu məsələ ilə bağlı fəal diplomatik işlərə başlanılıb.
2022-ci il noyabrın 16-da Ali Rada 1932-1933-cü illər Qolodomorunun Ukrayna xalqının soyqırımı kimi tanınması ilə bağlı dünya dövlətlərinin parlamentlərinə müraciət qəbul edib.
Ayrı-ayrılıqda dünyanın 20-dən çox ölkəsi Qolodomoru Ukrayna xalqının soyqırımı kimi rəsmən tanıyıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?