Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsündə iştirakını uzatmaqdan imtina etdikdən sonra Rusiyanın Qara Dəniz Donanması beynəlxalq ticarət gəmiçiliyinə mane olmaqda daha fəal olacaq.
Bu barədə Britaniya hərbi kəşfiyyatı yeni hesabatında bildirib.
Hesabatda deyilir li, bununla belə, Ukrayna limanlarının blokadaya alınması əməliyyatı baş verərsə, o, Ukraynanın pilotsuz aparatlar və sahilyanı gəmi əleyhinə raketlərin təhlükəsi ilə üzləşəcək.
Moskvanın taxıl sazişini yeniləməkdən imtina etməsi, müharibəyə baxmayaraq, Ukraynadan taxıl ixrac edən gəmilərin təhlükəsiz keçidini təmin edən təhlükəsizlik sazişini faktiki olaraq ləğv edib.
Rusiya yəqin ki, bir müddət əvvəl sövdələşmənin artıq onun maraqlarına uyğun olmadığını hiss etdiyi üçün sazişdən çıxmaq qərarına gəlib. Moskvanın bu qərarı dezinformasiya ilə müşayət olunub. Ukrayna minalarından mülki gəmilərin risk altında olduğunu və Ukraynanın guya taxıl dəhlizindən hərbi məqsədlər üçün istifadə etdiyini bildirib.. Britaniya kəşfiyyatı yazır ki, o, iddialarına dair sübut təqdim etməyib.
Xatırladaq ki, 19 iyul 2023-cü ildə Rusiya Müdafiə Nazirliyi Ukraynaya yaxınlaşan bütün gəmiləri silah daşıyıcısı kimi nəzərdən keçirəcəyini açıqlayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?