İsveçin Baş naziri Ulf Kristersson ölkəsində Quran yandıran nümayişlərin davam etməsinin mümkün fəsadlarından “son dərəcə narahatdır”.
Gundemxeber.Az xarici mediaya istinadla bildirir ki, İsveçdə Quran kitabının yandırılması ilə bağlı aksiyalar bir sıra müsəlman ölkələrini təhqir edib. İsveç hökumətinin başçısı qeyd edib ki, bu cür nümayişlərin keçirilməsinə icazə verilməsi üçün polisə yeni müraciətlər edilib.
"Onlara icazə verilsə, bizi ciddi bir şeyin baş verəcəyi ilə bağlı açıq riskin olduğu günlər gözləyir. Bunun hara aparacağından çox narahatam", - Kristersson deyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?