Gundemxeber.az » Dünya » BMT: Ermənistan əhalisinin bir hissəsini başqa xalqlar əvəz edəcəklər
“2100-cü ildə Ermənistanda cəmi iki milyon əhali yaşayacaq”.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla bildirir ki, bu proqnoz Birləşmiş Millətlər Təşkilatının “World Population Prospects” adlı məruzəsində yer alıb.
Mütəxəssislər bildirirlər ki, Ermənistan əhalisi 2100-cü ilə qədər ya monoetnik olaraq qalacaq və illər keçdikcə azalacaq, ya da əhalinin bir hissəsini başqa xalqlar (ruslar, hindlilər) əvəz edəcəklər.
Qeyd olunur ki, hazırda Ermənistanda demoqrafik problem mövcuddur.
İşçi qüvvəsinin çatışmazlığı ilə bağlı ciddi problemlər var.
Ermənistanda hazırda əhalinin 53 faizi, yəni 1,5 milyona yaxın insan 20-59 yaş qrupuna aiddir.
Qeyd olunur ki, 2050-ci ildə əhalinin 48 faizinin və ya 1,3 milyon nəfərin, 2100-cü ildə isə 44 faiz və ya 0,5 milyon nəfərin əmək qabiliyyətli yaş qrupunda olacağı proqnozlaşdırılır.
“Bundan başqa, Ermənistanda kişi və qadınların sayı arasında açıq-aşkar disbalans var. Hazırda qadınların ümumi sayı kişiləri təxminən 12 faiz üstələyir və bu disbalans hələ uzun illər davam edəcək. Ermənistanda, həmçinin, selektiv abort problemi var”, - “World Population Prospects”in məruzəsində bildirilir.
GUNDEMXEBER.AZ
14-06-2013, 15:52
25-08-2016, 15:12
9-05-2015, 00:11
24-01-2013, 10:22
31-07-2019, 11:33
Sorğu
Yeni dizaynımız necədir?