Gundemxeber.az » Dünya » Çeçenistanın milli siyasət naziri etiraf etdi: “Ramzan Kadırovun oğlu istintaq təcridxanasında məhbusu döyüb”
“Ramzan Kadırovun 15 yaşlı oğlu Adəm “Quran”ı yandıran Nikita Juraveli istintaq təcridxanasında döyüb”.
Bunu Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev etiraf edib.
O bildirib ki, Adəm Kadırov müxtəlif idman yarışlarının qalibidir, xüsusən də “Vremya Legend” boks turnirlərində qələbələr qazanıb.
“Juravel və Ramzan Kadırov arasında görüş həbs olunan şəxsin xahişi ilə baş tutub. Adəm mütəmadi olaraq atasını müşayiət edir və bu görüşdə də olub. A.Kadırov və N.Juravel tək qaldıqları zaman onu döyüb. Biz başa düşürük ki, hüquqi ölkədə yaşayırıq, qanunlar, Konstitusiya var. Amma bu məsələdə dini hisslər, adətlər də var. Bizim İsveçdə, Danimarkada, Almaniyada, Amerikada hər gün “Quran”ı yandıran satanistlərə əlimiz çatmır. Burada isə satanisti Çeçenistan Respublikasına verdilər və Adəm Kadırovun ona əli çatdı”, - deyə o qeyd edib.
22-06-2020, 14:47
6-12-2014, 00:02
10-11-2018, 11:46
14-01-2015, 14:16
13-10-2015, 13:32
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?