Gundemxeber.az » Dünya » Ermənistan boşalır -Avropaya getmək istəyənlərin sayı 50% artıb
2018 və 2019-cu illərlə müqayisədə (koronovirus pandemiyasınadək) Ermənistandan Şengen vizası almaq üçün müraciət edənlərin sayı 40-50 faiz artıb.
Məlumata əsasən, Ermənistanda Avropa ölkələrinin səfirliklərinin binası qarşısında uzun növbələr yaranır.
Qəzetin yazdığına görə, vizanın verilməsində yaranan problemi Ermənistanın Xarici İşlər Nazirliyi 4-5 aydır həll edə bilmir. Nazirlikdən bildirilib ki, vizanın verilməsi “Vyana konvensiyasının konsulluq əlaqələri haqqında” sənədin 5-ci maddəsi ilə tənzimlənir: “Heç bir dövlətin Xarici İşlər Nazirliyi bu məsələyə müdaxilə edə bilməz. Səfirlik viza verərkən öz ölkələrinin qanunlarını əsas tuturlar”.
Məlumata görə, bu məsələ cari il martın 23-də Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ohanesyanın İrəvanda akkreditasiya olunmuş diplomatlarla görüşündə də müzakirə olunub.
Gundemxeber.az
13-09-2013, 11:14
27-06-2018, 19:27
28-11-2013, 15:27
4-02-2021, 19:01
15-08-2022, 11:44
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?