GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Putinin Xankəndinin girişindəki bilbordunu kim sökəcək?.. - Ermənilər bu məsuliyyəti BİZƏ BURAXIR?..

Putinin Xankəndinin girişindəki bilbordunu kim sökəcək?.. - Ermənilər bu məsuliyyəti BİZƏ BURAXIR?..

Tarix: 26-09-2023, 12:15 Bölmə :Dünya Baxış: 236
Putinin Xankəndinin girişindəki bilbordunu kim sökəcək?..

Rəşadətli Silahlı Qüvvələrimizin xeyli şəhid və qazinin canı-qanı hesabına Azərbaycan Respublikasının 10 noyabr razılaşmasına görə, uzağı, 2025-ci ilədək Rusiyanın “sülhməramlı” adlanan kontingentinin nəzarətində qalmalı olan ərazisində keçirdiyi son antiterror əməliyyatı nəticəsində Yuxarı Qarabağdakı separatçı-terrorçu erməni birləşmələri, demək olar ki, diz çökdürüldükdən, qondarma rejim bayraqları bütün iri məntəqələrdə, o cümlədən Xankəndində sökdürüldükdən sonra bizim vətəndaş kimi yaşamaq istəməyən minlərlə hayk torpaqlarımızı tərk etməkdə davam edir.

GUNDEMXEBER.AZ moderator.az-a istinadla xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində işğalçı Rusiya lideri V.Putinin 2020-ci ilin noyabrında Xankəndinə daxil olmuş “sülhməramlı”lar tərəfindən quraşdırılmış Putinin bilbordunun (çöl reklam lövhəsi) fonunda bu Azərbaycan(!) şəhərindən çıxan və tıxac yaradan hayk avtomobillərinin görüntüsü paylaşılıb.

“Stepanakert və Laçın dəhlizinə gedən yol, Putinin II Qarabağ müharibəsindən sonra sülhməramlılar tərəfindən quraşdırılmış bilbordu. "Köməyə görə təşəkkürlər! “Bizi xilas etdiniz”, “Atəşi dayandırdınız”..” – deyə fotonu şərh edən ermənilər istehza ilə yazıb.

Yəqin ki, Xankəndindən çıxan və Rusiya diktatorunun o fotosunu görən haykların çoxunun ürəyindən həmin bilbordu atəşə tutmaq, sındırıb yerə atmaq keçir. Lakin şəhərdəki “sülhməramlı”ların qorxusundan bunu edə bilmirlər...

Zəruri və vacib sual:

Bəs biz- Azərbaycan necə? Bizim Putinin şəhərimizin girişindəki – suveren ərazimizdəki bilborduna münasibətimiz necə olmalıdır? Artıq keçmiş Dağlıq Qarabağın digər məntəqələri kimi Xankəndini nəzarətə götürdüyümüzü deyiriksə, “sülhməramlı” olsa da, yad, özü də Ukraynaya amansız, zülmkar təcavüzündən sonra bütün dünyada işğalçı imici daha qabarıq şəkildə zehinlərə hopmuş bir ölkə liderinin nəhəng reklam löhvəsinin şəhərimizin girişində qalmasına razı olacağıqmı?..
Nəzərə alaq ki, "sülhməramlı"lar indiki situasiyada, azı, 2025-ci ilin noyabrınadək, yəni iki ildən çox Yuxarı Qarabağda qalacaq?..

Putinin bilbordunun “sülhməramlı”ların özləri tərəfindən söküləcəyini gözləmək bəlkə də sadəlöhvlük olardı. Çünki onlara milyon versən də, Kremlin, Rusiya liderinin qorxusundan bunu etməzlər...

Bəs biz özümüz, hərbçilərimiz, yaxud Xankəndinin idarəçiliyi boynuna qoyulacaq məmurlarımız söksək? Onda da bu, son 3 ilə yaxın müddətdə 10 noyabr üçtərəfli razılaşmasının bəndlərinə uyğun olaraq müvəqqəti(!) nəzarət etdikləri ərazilərimizdəki separatçı-terrorçu hayk birləşmələrini tərksilah etmək əvəzinə, onları silah-sursatla təmin edən, onlara təlim keçən, elə indi də Ağdərəyə rəsmən “Mardakert”, Xocavəndə “Martuni” və s. dedikləri kimi həmin Xankəndinə də “Stepanakert” deyən, ancaq bu il sentyabrın 19-da başlatdığımız antiterror əməliyyatında “gözlənilmədən” yanımızda olan və dünən silahlandırdıqları terrorçuları bu gün bizimlə bərabər tərksilah edən “sülhməramlı”ların komandanlığının və onları buraya göndərən Putinin özünün xətrinə dəyməzmi?.. Heç Rusiyanın "5-ci kalon"u dabuna razı olmaz...

Bəs həmin bilbord sökülməsə, nə olar? Putinin – yad bir ölkə liderinin portretinin artıq nəzarətimizə keçmiş Xankəndi şəhərimizin girişində qalması yenicə bərpa etdiyimiz suverenliyimizi(!) kölgə altına almazmı?.. Özü də deyəsən, Putinin oxşar bilbordları bir neçə yerdə - Xankəndinin digər girişlərində də var...

Deyəsən, ən yaxşı yol rusları yaxşıca yedirdib-içirdin başa salıb birtəhər ali baş komandanlarının həmin bilbordunu özlərinə sökdürməkdi?

Ümid edirik ki, tezliklə bu problemin də bir həll yolunu taparıq...

Allahdan bütün şəhidlərimizə rəhmət, yaralı, xəstə qazilərimizə cansağlığı diləyirik...

Putinin Xankəndinin girişindəki bilbordunu kim sökəcək?..
Putinin Xankəndinin girişindəki bilbordunu kim sökəcək?..


GUNDEMXEBER.AZ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan şəhərində Azərbaycan və Türkiyə bayraqları erməni musiqisi altında yandırıldı... - FOTO

    Azərbaycan şəhərində Azərbaycan və Türkiyə ...

    24-04-2019, 10:43

  • 
  • Ermənilər Şuşanın girişindəki tankın yanına “soyqırım”la bağlı plakat vurdu... - NƏ BAŞ VERİR?

    Ermənilər Şuşanın girişindəki tankın yanına ...

    24-04-2021, 15:10

  • 
  • Oksford Qarabağdakı separatçı-terrorçu erməni rejimini “tanıdı”- ABŞ-a üzqarası...

    Oksford Qarabağdakı separatçı-terrorçu erməni ...

    24-03-2021, 11:55

  • 
  • Kəlbəcərin bu kəndində hələ də separatçı “bayrağ”ı... - Rusiya hərbçiləri niyə izn verir?..

    Kəlbəcərin bu kəndində hələ də separatçı ...

    22-10-2021, 15:50

  • 
  • Putin Qarabağda sülhməramlılarla bağlı Federasiya Şurasına müraciət etdi - Bunu qoşunu Qarabağa soxmamışdan etməli idi...

    Putin Qarabağda sülhməramlılarla bağlı Federasiya ...

    18-11-2020, 11:55


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu