GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Fransa Ermənistanı hədəf taxtası edir: Paşinyan qaş düzəltdiyi yerdə göz çıxardır? - Görünəni odur ki...

Fransa Ermənistanı hədəf taxtası edir: Paşinyan qaş düzəltdiyi yerdə göz çıxardır? - Görünəni odur ki...

Tarix: 13-10-2023, 00:33 Bölmə :Dünya Baxış: 321

Fransanın Cənubi Qafqaz planları fiaskoya uğradıqca daha təhlükəli oyun oynamağa başlayır. Bu məsələdə rəsmi Paris məhz Ermənistanı alət kimi istifadə edir. Fransanın məqsədinə çatmaq üçün kimi seçdiyi gün kimi aydındır. Paris məhz 30 il Ermənistanın işğal siyasəti üzərindən Cənubi Qafqazdakı yol xəritəsini çizmişdi və keçmiş Minsk Qrupu vasitəsi ilə çıxdığı "yolu" möhkəmləndirmək barədə düşünürdü.

Bu prosesləri yaxından izləyən hər kəsə bəllidir ki, Fransa bugünədək onsuz da İrəvanı dəstəklədiyini gizlətməyib. İndiyədək Fransanın Ermənistanı silahlandırması qismən qapalı şəkildə (məsələn, humanitar yardım adı altında), qismən də üçüncü tərəflərin (məsələn, Hindistanın və İranın) vasitəsilə həyata keçirilirdisə, rəsmi Paris artıq bunu açıq şəkildə bildirir. Lakin oktyabrın 3-də Fransa xarici işlər naziri Ketrin Kolonnanın Ermənistan paytaxtına səfəri zamanı verdiyi açıqlamalar 2 ölkə arasındakı münasibətlərin artıq yeni mərhələyə qədəm qoyması və aşkar şəkildə silah-sursat tədarükünü nəzərdə tutan hərbi əməkdaşlıq səviyyəsinə yüksəldiyinə işarədir.

Fransanın birdən-birə Ermənistana bu qədər "canıyananlıq" etməsi, halına acıması görüntüsü yaratması heç də zərurətlə üst-üstə düşmür. Bu, tamamilə rəsmi Parisin Cənubi Qafqazla bağlı planlarına söykənən ssenaridən başqa bir şey deyil. Nəzərə alsaq ki, son iki həftədə Qafqazın tarixində hərbi müstəvidə ən sabit dövr kimi yadda qala bilər, o zaman Fransa başda olmaqla bəzi Qərb dairələrinin bu qədər narahatlığını anlamaq elə də çətin deyil. Fransa çox yaxşı anlayır ki, Cənubi Qafqazda sabitlik regiona daxil olmaq istəyən qüvvələr üçün ən böyük əngələ, maneəyə çevrilə bilər. Rəsmi Paris onu da yaxşı başa düşür ki, bölgədəki bu sabitlik Azərbaycanın mülki əhaliyə zərər yetirmədən, yalnız legitim hərbi hədəfləri zərərsizləşdirməsi və qanunsuz xunta rejiminə son qoymasından sonra baş verdi.

Böyük ehtimalla Emanuel Makron başda olmaqla, digər ermənipərəst Qərb siyasətçiləri də indi yuxusunu əməlli-başlı qarışdırıblar. Narahatlıqları artır ki, əgər Azərbaycan regionda sabitliyi bərpa edə bilibsə, Ermənistanı revanşa alovlandırmaq, onu silahlandırmaq ən doğru yoldur. Çıxış yolunu, bölgəni qarışdırmağı, Ermənistanı silahlandırmaqla eskalasiya riskini artırmaqda görən Qərb, bu istiqamətdə bir xeyli "fəallaşıb".

Fransanın təşəbbüsü ilə bir qrup dövlətin 2023-cü il oktyabrın 11-də BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycan əleyhinə birgə bəyanat verməsi bunun ən bariz nümunəsidir. Bəyanatda Azərbaycanın Qarabağ bölgəsindən ermənilər köçməsinin səbəblərinə dair səslənən böhtan xarakterli əsassız iddiaların arxasında təbii ki, marionetkası olan Ermənistanın vəziyyəti yox, öz maraqları dayanır. Təəssüflər olsun ki, rəsmi İrəvan bu gün ona qarşı qazılan ən böyük quyuya düşməyin tam astanasındadır.

Bu gün Ermənistan siyasi hakimiyyətinin bölgədəki layihələrdə maraqlı olduğuna, qonşu dövlətlərlə münasibətləri daha da sabitləşdirmək və normala salmaq istiqamətində hər hansı bir təşəbbüsünə şahid deyilik. Əvəzində Nikol Paşinyanın Qərbin şirin vədlərinə aldanıb, Cənubi Qafqazdakı yerini və mövqeyini daha da ağırlaşdırmaq istiqamətində addımlarını müşahidə edirik. Necə ki, Ermənistanın baş naziri bir neçə gün əvvəl Azərbaycanın qatılmayacağını bildiyi Qranada sammitinə uçdu. Təbii ki, bu onun şəxsi işidir. Lakin orada Azərbaycansız Azərbaycanın müzakirə olunduğu anlaşılmaz görüşdə iştirak edərək, detalları açıqlanmayan sənədə imza atmasının bir adı var - klounluq!

Əgər Ermənistan tərəfi gerçəkdən də Azərbaycanla sülh müqaviləsinin imzalanmasında görüntüsünü yaratdığı qədər maraqlı və istəklidirsə, o zaman Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 6 saat Qranadaya uçub, orada Azərbaycansız Azərbaycanın müzakirə olunduğu anlaşılmaz görüşdə iştirak etdiyə halda, niyə 2-3 saatlıq məsafədə yerləşən Bişkekə səfərdən imtina etdi?!

Bu ritorik sualın cavabı hamıya bəllidir: Ermənistan bir qucaqdan qurtulub, başqa bir qucaqda özünə yer edir. Rəsmi İrəvan öz köhnə siyasətindən əl çəkmir, dəyişən sadəcə hamiləridir. Fransanın isə özünü canıyanan göstərmək üçün Ermənistana silah-sursat verməsi, Fransa XİN başçısının İrəvandakı çıxışı, dünən Senatdakı çıxışı, ermənilərin Azərbaycana qayıdışına dair BMT-nin Təhlükəsizlik Şurasında qətnamə qəbul edilməsi istiqamətində təşəbbüs irəli sürəcəklərini bildirməsi və s. bu dövlətin (Fransa) militarizm siyasətindən və arxadakı çirkin diplomatik oyunları ilə regionda sülhün bərqərar olmasına imkan verməmək niyyətindən xəbər verir. Məqsəd hərbi qarşıdurma və gərginlik fonunda bölgədə möhkəmlənməkdir.

Ən təəssüfdoğurucu məqamlardan biri də odur ki, Fransanın azərbaycanlılara qarşı ayrı-seçkiliklə və Azərbaycanın ünvanına əsassız ittihamlarla bölgədə gərginliyi artırmaq və sülh prosesini pozmaq niyyətinə dəstək olan başqa dövlətlərin də adına rastlamağımızdır. Emanuel Makron hakimiyyətinin bəyanatına qoşulan ölkələrin bir çoxunun adına (Fransanın özü, Almaniya, ABŞ, İspaniya və s.) diqqət yetirəndə əslində hal-qəziyyə daha da aydınlaşır. Bunların bəziləri o dövlətlərdir ki, müxtəlif dövürlərdə müxtəlif xalqlara qarşı dəfələrlə çoxsaylı cinayətlər törədiblər, etnik təmizləmələr həyata keçiriblər.

Həyatın ironiyası isə ondan ibarətdir ki, adları sadalanan dövlətlərdən digərləri bu gün eyni zamanda separatçılıqla mübarizə aparır, ərazi bütövlüyü məsələsində yarım qalan problemləri var. Lakin təzadlar Azərbaycana qarşı hər zaman, hər məsələdə özünü göstərdiyi kimi bu mövzuda da yan keçmir. Belə ki, Azərbaycanın 19-20 sentyabrda keçirdiyi lokal anriterror tədbiri nəticəsində Qarabağ iqtisadi rayonunda kökünü kəsdiyi separatçıların taleyindən elə ən çox narahatlıq keçirən dövlətlər də məhz bu gün eyni problemlə üz-üzə olan dövlətlərdir. Burada bir məqam diqqətdən qaçmır: Qərbin separatizmlə mübarizə aparan həmin dövlətlərinə qarşı beynəlxalq təsisatlar göstərdikləri həssaslığı nə geridə qalan 30 illik işğal zamanı, nə də 44 günlük müharibədən sonra Azərbaycana qarşı nümayiş etdirmədilər. Əvəzində islamofobiya, türkofobiya, anti-İslam çağırışlarının hər zaman mərkəzində adı hallanan Qərb dairələri bununla da ikilistandartlardan yana olduqlarını hər fürsətdə təsdiqləmiş olurlar.

Lakin yaxşı olar ki, Ermənistan bu proseslərdən cəsarətlənib Azərbaycana qarşı hər hansı bir yeni çirkin plan arxasınca düşməsin. Çünki regionda bu gün hərbi müstəvidə yaranmış bu sabitliyə bəzi ölkələr və dairələr diplomatik müstəvidə zərər verəcək addımlar atdıqları təqdirdə ilk növbədə Ermənistanı zərbə altında qoymuş olurlar. Növbəti eskalasiya isə Ermənistanın məhvinin qaçılmaz olacağını istisna etmir. Bu səbəbdən Ermənistan rəsmi Bakının sülh təklifinə adekvat cavab verib, konstruktivlik nümayiş etdirmiş olsa, həm özünün, həm də regionun təhlükəsizlik kəmərində önəmli yer almış ola bilər.

Təhməz Əsədov
Trend

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səməd Seyidov: “Fransanın Ermənistanı dəstəkləməsi siyasi münasibətlərə ciddi təsir göstərəcək”

    Səməd Seyidov: “Fransanın Ermənistanı ...

    20-11-2020, 11:33

  • 
  • Fransa İŞİD-i bombalamağa başladı

    Fransa İŞİD-i bombalamağa başladı ...

    16-11-2015, 12:38

  • 
  • Ollandın səfərinin sirri

    Ollandın səfərinin sirri ...

    14-05-2014, 15:14

  • 
  • Bakı Fransanın MQ-dən çıxarılmasını tələb etsə... - TƏHLİL

    Bakı Fransanın MQ-dən çıxarılmasını tələb etsə... ...

    16-11-2018, 10:24

  • 
  • ABŞ və Fransa Ermənistana “quyu” qazır: Rusiya ilə toqquşma erməniləri dövlətsiz qoya bilər

    ABŞ və Fransa Ermənistana “quyu” qazır: Rusiya ...

    3-08-2021, 10:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (479)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu