Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeron ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsini icra edəcək.
Bu barədə Britaniya hökumətinin Mətbuat Xidmətinin “X” sosial şəbəkəsindəki paylaşımında deyilir.
57 yaşlı Kemeron 2010-16-cı illərdə Britaniya hökumətinə rəhbərlik edib və britaniyalıların referendumda “Brexit” lehinə səs verməsindən sonra istefa verib.
Bundan əvvəl Baş nazir Rişi Sunak ölkənin daxili işlər naziri Suella Bravermanı vəzifəsindən azad edib. Buna səbəb sabiq nazirin Fələstinə dəstək nümayişləri zamanı polisin hərəkətlərini tənqid edən məqaləsi olub. Belə ki, o, ötən həftə “The Times”da Fələstinə dəstək etirazlarını “nifrət yürüşləri” kimi xarakterizə edib, onları Şimali İrlandiyadakı İrlandiya respublikaçılarının hərəkətləri ilə müqayisə edib, həmçinin, polisin bu cür yürüşlərə icazə verməsi ilə solçu fəallara şərait yaratdığını deyib.
Daha sonra Britaniya mediasında Bravermanın məqalədə Skotend Yard (İngiltərədəki polis idarəsinin qərargahı - red.) haqqında sərt ifadələrdən istifadə etməmək barədə “Downing Street” ofisinin tövsiyələrinə məhəl qoymadığı bildirildi.
14:06
Böyük Britaniyanın Baş naziri Rişi Sunak Nazirlər Kabinetində dəyişikliklər barədə elan edib.
Bu barədə “Express” öz mənbələrinə istinadla məlumat yayıb.
Bildirilir ki, Daxili İşlər Nazirliyinin rəhbəri Suella Braverman işdən çıxarılıb, onun yerinə Xarici İşlər Nazirliyinə rəhbərlik edən Ceyms Kleverli təyin edilib.
Yeri gəlmişkən, keçmiş baş nazir Devid Kemeron “Downing Street”də görünüb. Sosial şəbəkələr və Britaniya mediası onun xarici işlər naziri vəzifəsini tuta biləcəyini ehtimal edirlər.
GUNDEMXEBER.AZ
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?