Gundemxeber.az » Dünya » Sərkisyanın məhkəməsi keçirildi -MƏNİMSƏMƏ
Külli miqdarda mənimsəmədə ittiham edilən Ermənistanın 3-cü prezidenti Serj Sərkisyanın növbəti məhkəmə prosesi keçirilib.
Bu barədə məhkəmədən sonra S.Sərkisyanın vəkili Ruben Akopyan məlumat yayıb.
O bildirib ki, Sərkisyanın işi üzrə keçirilən bugünkü prosesdə prokuror ittihamla çıxış edib. Sərkisyanın mənimsədiyi vəsaitin geri qaytarılması ilə bağlı mülki iddia da qaldırılıb. Söhbət yarım milyard (489 160 310) dramdan gedir.
Sərkisyanın vəkilləri işlə tanış olmaq üçün 14 gün vaxt istəyiblər.
Qeyd edək ki, Serj Sarkisyana qarşı irəli sürülən ittihamlara əsasən, sonuncunun təşkilatçılığı və “Flash” şirkətinin sahibi Barseq Beqlaryanın təhriki ilə 2013-cü il yanvarın 25-dən fevralın 7-dək olan müddətdə Ermənistan hökumətinin ehtiyat fondundan 15 milyon 391 min 765 litr dizel yanacağı satılıb.
Serj Sarkisyana qarşı mənimsəmə və ya xüsusilə külli miqdarda mənimsəmə ittihamı irəli sürülüb.
Gundemxeber.az
20-11-2020, 18:31
15-04-2021, 12:43
9-01-2018, 16:20
6-12-2019, 21:39
9-10-2018, 00:37
Sorğu
Yeni dizaynımız necədir?