Gundemxeber.az » Dünya » Ermənistan XİN başçısı KTMT iclasına qatılmayacaq
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT çərçivəsində noyabrın 22-də Minskdə keçiriləcək görüşə qatılmayacaq.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Belarus xarici işlər naziri Sergey Aleyniklə telefon danışığı zamanı Ermənistan-Belarus gündəliyi ətrafında fikir mübadiləsi aparılıb. KTMT-nin fəaliyyəti ilə bağlı məsələlərə toxunulub. Ararat Mirzoyan qeyd edib ki, o, KTMT Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şurası Katibləri Komitəsinin noyabrın 22-də Minskdə keçirilməsi planlaşdırılan birgə iclasında iştirak edə bilməyəcək”, - məlumatda deyilir.
Xatırladaq ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan da Belarusda təşkil olunacaq KTMT liderləri sammitində iştirakdan imtina edib.
Gundemxeber.az
1-09-2018, 16:46
20-11-2018, 15:14
4-05-2023, 14:20
13-12-2018, 11:45
22-11-2018, 14:43
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?