Gundemxeber.az » Dünya » Mirzoyan Azərbaycan tərəfindən qəbul edilən sülh prinsiplərini -AÇIQLADI
Ermənistan Cənubi Qafqazda yeni sülh dövrünün açılmasına sadiq qalır və bunun hələ də mümkün olduğuna inanır.
Gundemxeber.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT XİN rəhbərlərinin görüşü zamanı deyib.
O, qeyd edib ki, Azərbaycan tərəfindən geniş müzakirə olunaraq qəbul edilən sülh prinsipləri bunlardır: "1991-ci il Alma-Ata Bəyannaməsi haqqında birmənalı olaraq ərazi bütövlüyünün qarşılıqlı tanınması, 1974-78-ci illərdə SSRİ Baş Qərargahı tərəfindən ən son və qanuni xəritələr əsasında Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası və ölkələrin suverenliyinə və yurisdiksiyasına tam hörmət, habelə bərabərlik və qarşılıqlılıq prinsiplərinə əsaslanan bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması".
XİN rəhbəri bildirib ki, Ermənistan-Türkiyə sərhədinin açılması həlledici əhəmiyyət kəsb edir: "Bildiyiniz kimi, oktyabrın 23-də ikitərəfli görüşümüz zamanı nazir Hakan Fidan tərəfindən bir daha təsdiqlənmiş 3-cü ölkə vətəndaşları və Ermənistan və Türkiyənin diplomatik pasport sahibləri üçün quru sərhədinin açılması barədə razılığa gəldik. Hətta qarşıdan gələn həftələri nəzərə alaraq aydın tarixlər də qeyd olunub və ümid edirik ki, yaxın gələcəkdə biz bu ilk, lakin kifayət qədər hiss olunan addımı həyata keçirəcəyik".
Gundemxeber.az
15-02-2023, 16:57
4-12-2019, 11:33
30-03-2023, 19:10
21-05-2018, 09:24
4-05-2023, 14:20
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?