ABŞ Maliyyə Nazirliyi dekabrın 5-də Belarusda Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak edən fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar elan edib.
Gundemxeber.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında bildirilir.
Xüsusilə, ukraynalı uşaqların Rusiya və Belarusa deportasiyasında iştirak edən Qızıl Xaç Cəmiyyətinin Belarusdakı baş katibi Dmitri Şevtsova qarşı sanksiyalar tətbiq edilib. Bu səbəbdən onun təşkilata üzvlüyü dayandırılıb. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, o, Rusiyanın uşaq hüquqları üzrə komissarı Mariya Levova-Belovaya kömək edib
Belarusun aparıcı iş adamlarından biri olan Aleksandr Şakutin də ABŞ sanksiyalarına məruz qalıb. ABŞ Maliyyə Nazirliyi onu Lukaşenkonun "pul kisəsi" adlandırır. Onun rəhbərlik etdiyi "Amkador” holdinqi də ABŞ sanksiyalarına məruz qalıb. Şirkət Rusiyaya hücum dronları və artilleriya sistemləri hazırlayır və istehsal etməyi planlaşdırır.
ABŞ-ın yeni sanksiya siyasına Belarusun daha bir neçə hüquqi və fiziki şəxsi daxil edilib.
Sanksiyalar siyahıya daxil olan fiziki və hüquqi şəxslərin əmlakının bloklanmasını, eləcə də birbaşa və ya dolayısı ilə onlara məxsus olan bütün təşkilatların bloklanmasını nəzərdə tutur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?