Gundemxeber.az » Dünya » Türkiyə daxili işlər naziri paylaşım etdi: Eyni vaxtda 10-larla cinayət təşkilatı çökdürüldü
Türkiyədə 37 bölgədə eyni vaxtda həyata keçirilən “Kafes-18” əməliyyatı çərçivəsində çox sayda cinayətkar qrup çökdürülüb.
Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında açıqlama verib.
“37 vilayətdə eyni vaxtda keçirilən “Kafes-18” əməliyyatı çərçivəsində 9-u milli və yerli mütəşəkkil cinayət təşkilatı, 30-u isə bu təşkilatları silah və materiallarla təmin edən cinayətkar qrup olmaqla ümumilikdə 39 mütəşəkkil cinayət strukturu çökdürülüb.
Mütəşəkkil cinayətkar təşkilatın rəhbərləri ilə birlikdə 257 şübhəli şəxs ələ keçirilib”, - deyə Ali Yerlikaya bununla bağlı paylaşımda qeyd edib.
26-05-2021, 16:48
17-09-2014, 16:21
16-05-2016, 19:46
12-03-2015, 10:05
6-10-2023, 22:48
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?