Macarıstan istisna olmaqla, bütün Aİ-yə üzv ölkələr Ukraynanın ittifaqa qoşulmasını dəstəkləyir, lakin Rusiyanın başlatdığı genişmiqyaslı müharibə artıq əksər liderlər üçün əsas prioritet deyil.
Gundemxeber.az xəbər verir ki, bu barədə "Politico” nəşri Aİ-nin adı açıqlanmayan yüksək vəzifəli rəsmiləri və diplomatlarına istinadən məlumat yayıb.
Nəşrin altı həmsöhbətinin fikrincə, Brüsseldə keçiriləcək sammitdə danışıqların başlanmasını əngəlləməklə hədələyən Budapeşt öz mövqeyində təcrid olunub. Qalan 26 ölkə Ukraynanı dəstəkləyir və Kiyevin uzunmüddətli perspektivdə Avropa İttifaqının bir hissəsi olmasını istəyir, deyə "Politico" yazır
Bununla belə, bir çox rəsmilər şəxsi söhbətlərində etiraf edirlər ki, "müharibə artıq Aİ liderlərinin əksəriyyətinin gündəlik həyatında əsas prioritet deyil”.
"Şübhələr artır. Döyüş meydanında vəziyyət nə dərəcədə çıxılmazdır? Bu qara dəliyə daha nə qədər pul tökəcəyik? Avropadakı populistlər yaxın aylarda bundan istifadə edəcəklər”, deyə nəşr Avropa İttifaqı rəsmilərindən birinə istinadən yazır.
İyun ayında keçiriləcək Avropa Parlamentinə seçkilərin yaxınlaşması ilə birlik liderləri Ukraynanı "vətəndaşlarının gündəlik problemlərindən” üstün tutmaqdan çəkinirlər. Politico-nun yazdığı kimi, 7-yə qədər Aİ ölkəsi öz ölkələrində tənqiddən yayınmaq üçün bildirir ki, Kiyevə 50 milyard avro vəsait ayrılması digər Avropa prioritetlərinin maliyyələşdirilməsi ilə əlaqələndirilməlidir.
Sorğu
Yeni dizaynımız necədir?