Gundemxeber.az » Dünya » Sərxoşlardan müsadirə edilən 271 avtomobil Ukraynaya verildi
Latviya hakimiyyəti dekabrın ortalarına qədər sərxoş halda avtomobil idarə edən sürücülərdən müsadirə edilən 271 maşını Ukraynaya təhvil verib. Həmin avtomobillərin ümumi dəyəri bir milyon avroya yaxındır.
Gundemxeber.az xarici mediaya istinadla ki, Latviya Seymi hələ bu ilin fevral ayında sərxoş sürücülərdən müsadirə edilən avtomobillərin pulsuz olaraq Ukrayna dövlətinə verilməsinin mümkünlüyü haqqında qanun qəbul edib. Müsadirə ilə bağlı qərarlar Latviya hökuməti tərəfindən təsdiq olunur. Dövlət Gəlirləri Xidmətinin məlumatına görə, dəyəri 160 min avrodan çox olan daha 34 avtomobilin sənədləri hazırda hökumətdə baxılmaq üçün hazırlanır.
Avtomobillər Ukraynaya Reinis Poznyakın rəhbərlik etdiyi “Twitter Convoy” təşkilatı tərəfindən çatdırılır. Ümumilikdə, bu il ümumi dəyəri təxminən 2 milyon avro olan 1100-dən çox müxtəlif tipli avtomobil Ukraynaya göndərilib.
Gundemxeber.az
4-05-2018, 15:19
10-08-2021, 12:45
3-01-2014, 01:00
9-02-2021, 15:29
28-12-2015, 14:03
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?