Gundemxeber.az » Dünya » Dağıstanda deputat saxlanıldı: 17 il əvvəl baş vermiş ikiqat qətl hadisəsində şübhəli bilinir
Dağıstanda Kızılyurt şəhərindən olan deputat Qamzat Şixabudinov saxlanılıb.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla bildirir ki, deputat 17 il əvvəl baş vermiş amansız ikiqat qətl hadisəsində iştirak etməkdə şübhəli bilinir.
Biznesmen Mirzə Maqomedovun qətli 2006-cı ilin avqustunda baş verib. Onun “Mercedes-Benz” markalı avtomobili Rostov-Bakı yolundakı kafenin yaxınlığında iki VAZ markalı avtomobildə olan naməlum şəxslər tərəfindən atəşə tutulub. 41 yaşlı iş adamı Mirzə Maqomedovun avtomobilində onun 13 yaşlı oğlu da olub və hər ikisi yerindəcə həyatını itirib.
Hadisə yerinə gələn polis o zaman müxtəlif çaplı 11 patron aşkar edib, qətlin törədilməsinə əsas versiya kimi isə Maqomedovun maliyyə fəaliyyəti göstərilib.
Uzun illərdir qatillər və qətlin sifarişçiləri ilə bağlı axtarışlar uğursuzluqla nəticələnib. Nəhayət, bu səs-küylü qətl işinə son qoyulması mümkün olub. İş adamı və oğlunu qətlə yetirməkdə şübhəli bilinən beş nəfər saxlanılıb. Saxlanılanlardan biri də Kızılyurt şəhər dairəsinin hazırkı deputatı Qamzət Şixabudinov olub.
Hazırda müstəntiqlər tərəfindən onun cinayətdə bilavasitə rolu araşdırılır. Əgər qətldə iştirakı sübuta yetirilərsə, Qamzat Şixabudinov 20 il müddətinə həbs cəzası ala bilər.
GUNDEMXEBER.AZ
18-11-2013, 20:40
21-12-2016, 23:11
6-05-2015, 12:13
24-07-2013, 11:28
30-06-2016, 11:54
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?