Gundemxeber.az » Dünya » Pentaqon: “Daha bir genişmiqyaslı müharibənin başlaması mümkündür”
Yəmənin husi üsyançılarının Qırmızı dənizdə gəmilərə hücumları Yaxın Şərqdə genişmiqyaslı müharibə riskini artırır.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla bildirir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin deyib.
“Biz regionda münaqişəni gərginləşdirməyə çalışmasaq da, insanlarımızı, əmlakımızı qorumaq üçün əlavə lazımi tədbirlər görməyə qərarlıyıq və buna tam hazırıq”, - deyə ABŞ müdafiə naziri bildirib.
Qeyd edək ki, ABŞ hakimiyyəti Qırmızı dənizdə husilərin aktivləşməsini şiə üsyançılarının ölkənin Suriya və İraqdakı hərbi bazalarına hücumları ilə əlaqələndirir. Ehtimal olunur ki, bu hücumların arxasında İran dayanır ki, bu da regionda vəziyyətin gərginləşməsinə gətirib çıxarır. Öz növbəsində İslam respublikasının hakimiyyət orqanları hər hansı əlaqəni inkar edir.
GUNDEMXEBER.AZ
18-12-2023, 11:37
9-03-2014, 13:23
13-01-2020, 21:11
2-11-2019, 12:30
12-10-2019, 15:12
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?