Gundemxeber.az » Dünya » Çin Ekvadordakı diplomatik nümayəndəliklərini bağladı
Çinin Ekvadordakı diplomatik nümayəndəlikləri çərşənbə günündən etibarən fəaliyyətlərini dayandırıb.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu barədə ölkədəki səfirliyinin saytında dərc olunmuş məlumatda bildirilir.
“Ekvadordakı səfirlik və konsulluqlar yanvarın 10-dan (çərşənbə axşamı) növbəti xəbərdarlığa qədər ziyarətçilərlə fəaliyyətlərini dayandıracaq”, - deyə Çin səfirliyinin saytındakı bəyanatda deyilir.
Qeyd edək ki, yanvarın 7-də Fito ləqəbli “Los Çoneros” dəstəsinin lideri həbsxanadan qaçdıqdan sonra Ekvadorda təhlükəsizlik vəziyyəti daha da pisləşib. Bundan sonra bir neçə cəzaçəkmə müəssisəsində iğtişaşlar baş verib. Yanvarın 8-də Noboa ölkədə fövqəladə vəziyyət elan edib və komendant saatı tətbiq edib.
Gundemxeber.az
13-03-2020, 14:08
15-08-2013, 00:33
9-01-2024, 21:36
27-10-2015, 15:43
22-07-2016, 19:13
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?