Rusiya Ermənistanın silah almaq üçün ödədiyi 400 milyon dolların qarşılığında bu ölkəyə məbləği açıqlanmayan həcmdə silah partiyası göndərilib. Göndərilən silahlar arasında "Smerç" yaylım atəş sistemlərinin də olduğu bildirilir. Ancaq ötən ilin axırlarında Fransanın Ermənistana satdığı piyada daşımaq üçün nəzərdə tutulan 50 ədəd yüngül zirehli "Bastion" maşınları və alçaq uçuş hədəfləri üçün nəzərdə tutulan 3 ədəd "Ground Master 200" radarları ilə bağlı Azərbaycan hakimiyyəti çox kəskin reaksiya vermişdi. Hətta bu hərbi texnika "Poti" limanından daşındığı üçün Gürcüstanla bağlı iqtidar mətbuatı günlərlə davam edən kəskin etiraz yazıları yayımlamışdı.
Ancaq indi Rusiyanın Ermənistana göndərdiyi silahlar arasında "Smerç" yaylım atəş sistemi Fransanın verdiyi hərbi texnikadan fərqli olaraq hücum silahı sayılır və adi mərmi ilə 90 km , reaktiv mərmi ilə 124 km dərinlikdə olan hədəfi məhv edə bilir. Bu texnika müəyyən qədər ABŞ-n HİMARS yaylım atəş sistemlərinin rus variantı da sayıla bilər. Ancaq Azərbaycan hakimiyyəti aramızda sülh müqaviləsi bağlanmamış Ermənistana Rusiya tərəfindən belə güclü silah növləri verilməsinə bir kələmə də olsun münasibət bildirməyib.
Əgər məsələ milli təhlükəsizlik və dövlət maraqlarıdırsa, o zaman nə fərq edər Ermənistana silahı verən kimdir, Fransa ya Rusiya? Niyə Fransa müdafiə silahı satanda buna kəskin etiraz bildirilir, Rusiya ağır hücum silah verəndə XİN səviyyəsində adi bir nota belə verilmir, rəsmi etiraz səsləndirilmir? Özü də Rusiya bu hərəkəti Qarabağda öz ordusunu saxlaya - saxlaya edir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?