Rusiya-Ukrayna müharibəsi iki ölkədə yaşayan xalqlara ağır günlər yaratmaqda davam edir. Xüsusilə də Slavyan xalqları bir-birinə qarşı qoyulanda dəhşətli anlar yaşanır. Təbii ki, bu xalqlar bir-birlərinə qarşı deyillər. Sadəcə, Rusiyanın diktator hakimiyyətinin yaratdığı acı həyatdır. Bu haqda Rusiya əhalisi arasında baş verənlərlə bağlı AXCP sədri Əli Kərimli də münasibət bildirib. Siyasətçi qeyd edir ki, "Rusiya əhalisi müharibəyə qarşı olduğunu belə nümayiş etdirir. Bu izdiham Rusiyada prezidentliyə namizəd Boris Nadejdinə imza vermək üçün toplanıb. Boris Nadejdin Rusiyada heç də populyar siyasətçi deyil. Ancaq bu izdihamı ona imza verməyə sövq edən Boris Nadejdinin Ukrayna ilə müharibəyə qarşı olmasıdır. Boris Nadejdin açıq deyir ki, Ukrayna ilə müharibə aparmaq səhvdir və bu müharibə dayandırılmalıdır. Rusiya xalqı da bu tipli izdihamlarla (belə izdihamlar çox oldu) müharibəyə qarşı olduğunu ifadə edir.
Ciddi maliyyə və insan resursu olmayan Boris Nadejdin üçün qısa zamanda 100 mindən artıq dəstək imzasını xalq özü belə izdihamlarla artıq topladı."
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?