Gundemxeber.az » Dünya » ABŞ-ın Yunanıstana pulsuz verdiyi hərbi təyyarələrlə bağlı ŞOK İDDİA
Vaşinqtonun Afinaya pulsuz verməyi planlaşdırdığı hərbi texnikalar metal qırıntılarıdır. Bu texnikaları qaydaya salmaq üçün yüz milyonlarla avro lazımdır.
Gundemxeber.az xəbər verir ki, bu barədə Yunanıstanın “Demokratiya” qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb.
"Hərbi mənbələr Nevada ştatında Yunanıstana pulsuz vəd edilən iki C-130 hərbi-nəqliyyat təyyarəsinin yararsız vəziyyətdə olduğunu bildirir", - məlumatda deyilir.
Qeyd olunub ki, təyyarələrin yenidən istismara verilməsi üçün 110 milyon avrodan çox investisiya lazımdır. Bu alqı-satqıdan sonra ictimaiyyətin Yunanıstan hökumətinə bir çox sualları var ki, onlara cavab vermək mümkün deyil.
Daha əvvəl bildirilib ki, Yunanıstan Ukraynaya on milyonlarla avro dəyərində istifadə müddəti bitmiş əlavə silah və ya sursat sata bilər.
Gundemxeber.az
16-02-2016, 11:25
26-01-2017, 23:00
9-10-2019, 21:33
14-11-2016, 18:17
24-02-2017, 11:45
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?