Gundemxeber.az » Dünya » Amerikalıların 80 faizi Baydenin prezidentlik üçün çox yaşlı olduğunu düşünür
ABŞ vətəndaşlarının 80%-dən çoxu hazırkı dövlət başçısı Co Baydenin yeni prezidentlik müddəti üçün çox yaşlı olduğuna inanır...
Gundemxeber.az xəbər verur ki, bunu ABC telekanalı və beynəlxalq araşdırma şirkəti "Ipsos" tərəfindən aparılan sorğunun nəticələri göstərir.
Araşdırmaya görə, respondentlərin 59%-i həm Baydenin, həm də Trampın yaşını tənqid edib. Rəyi soruşulanların daha 27%-i yalnız hazırkı prezidentin yenidən vəzifəyə başlaması üçün çox yaşlı olduğu qənaətindədir. Respondentlərin 3%-i hesab edir ki, yalnız Tramp ABŞ prezidenti olmaq üçün çox qocadır.
Amerikalıların daha 11%-i həm Co Baydenin, həm də onun rəqibi Donald Trampın dövlət başçısı postuna uyğun gəlmək üçün çox qoca olması ilə razılaşmayıb.
Daha əvvəl Bayden onu "yaddaş problemləri olan yaşlı adam" adlandıran xüsusi prokuror Robert Huhrun sözlərinə qəzəbləndiyini bildirib. Bundan əvvəl məlum olmuşdu ki, ABŞ prezidenti Co Bayden prokurorun araşdırması zamanı aşkar edilən yaddaş problemlərinə görə məxfi sənədlərin düzgün saxlanmamasına görə məsuliyyət daşımayacaq. Qanun pozuntuları "günahsız səhv" kimi qiymətləndirilib.
Gundexeber.az
8-07-2019, 20:12
16-07-2017, 22:30
14-11-2020, 12:10
15-05-2021, 10:12
24-10-2019, 10:29
Sorğu
Yeni dizaynımız necədir?