“The Wall Street Journal” qəzeti Qərbin Ukraynanı Rusiyaya necə uduzduğu haqda məqalə yaydı
ABŞ-ın nüfuzlu “The Wall Street Journal” qəzeti Qərbin Ukrayna uğrunda gedən mübarizəni Putinə uduzduğunu yazıb.
Virtualaz.org xəbər verir ki, qəzetin bugünkü məqaləsində bu barədə yazılır: “Leninin heykəlinin sökülməsi, əllərində bayraqlar tutmuş yüz minlərlə nümayişçi, polisin müxalifət partiyalarının və KİV-lərinin ofislərindəki reydləri-bütün bunlar Avropa İttifaqının keçmiş SSRİ respublikalarını inteqrasiyasına və Vladimir Putinin Rusiya imperiyasını bərpa etməyə yönəlmiş dəliqanlı cəhdləri fonunda ikinci dərəcəli hadisələrdir”.
Müəllif Edvard Lukas bildirir ki, Avropa İttifaqının ən başlıca nailiyyətlərindən biri Şərqə doğru genişlənməkdir. 2004-cü ildə vahid Avropaya birləşən 8 ölkə heyranedici uğurların tarixindən xəbər verirdi. Lakin bu triumf məxsusi şərtlər çərçivəsində baş vermişdi: o zaman avropalılar tamhüquqlu üzvlük təklif edirdilər, Şərqi Avropa ölkələri səmimi şəkildə Qərbə inteqrasiya istəyirdilər, onların rəhbərləri və xalqları isə asan olmayan islahatların zəruriliyini başa düşürdülər.
Ancaq Şərq Tərəfdaşlığına daxil olan 6 ölkə - Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna bununla fəxr edə bilməz. Müəllifin qənaətinə görə, bu ölkələrin Avropaya inteqrasiyasına mane olan üç ümumi məqam var: bu ölkələrin dərin islahatlar həyata keçirmək qabiliyyəti sıfra bərabərdir, Avropa onları tamhüquqlu üzv qəbul etmək istəmir, Kreml isə onları öz orbitində saxlamaq istəyir.
E.Lukasın fikrincə, nəticədə “əsl fəlakət” baş verir. Avropa Belarusla bağlı heç nəyə nail ola bilmir, Azərbaycan Aİ ilə sadələşdirilmiş viza rejimi əldə etmək istəyir, ancaq islahatlar aparmağa hazır deyil. Ermənistan Avropaya yaxınlaşmaq cəhdləri edir, ancaq Kreml onu yolundan döndərir. Ukrayna prezidenti Viktor Yanukoviç isə Vilnüs sammiti ərəfəsində Putindən imtina edə bilmədiyi təklif alır.
Putinin Yanukoviçə nə təklif etdiyi tədricən aydınlaşır. Belə görünür ki, bu təklif Ukraynaya Beynəlxalq Valyuta Fondundan fərqli olaraq sərt şərtlərlə yox, yumşaq şərtlərlə iri həcmdə kreditin verilməsi və ucuz qazdır.
“Bu kökələr Ukraynaya Avropaya inteqrasiyadan imtina etməyin əvəzində verilir, lakin dəyənəksiz də keçinmək mümkün olmur. Ukrayna Rusiyanın iqtisadi sanksiyaları qarşısında əlçatandır, Moskva artıq bir sıra sanksiyalar tətbiq edib. Yanukoviçin şəxsi təhlükəsizliyi də öz rolunu oynayıb. O, zəhərlənməkdən dəhşətli dərəcədə qorxur və Bizans imperator sarayında olduğu kimi onlarla dequstatorun müşayiəti ilə gəzir. Avropa İttifaqı buna davam gətirə bilməz. O, hədələmir və rüşvət təklif etmir. Bunun əvəzində Ukraynaya azad ticarət və sadələşdirilmiş viza rejimi təklif edir. Hər iki tərəfin təkliflərini ölçüb-biçən Yanukoviç daha çox hakimiyyət və pul vəd edən Kreml təklifini seçir” - deyə E.Lukas yazır.
Müəllif qeyd edir ki, Yanukoviçin qərarı Avropa məmurlarını vurnuxmaya salıb. Onlar Yanukoviç kimi adamları və onların siyasətə barbarsayağı yanaşmasını başa düşə bilmirlər. Onlar Rusiyanı da başa düşə bilmirlər. Avropa məmurları Rusiya xarici siyasətinin fundamental vəziyyətini nəzərdən qaçırıblar. Moskva özünü təhlükəsiz hiss etmək üçün iqtisadi baxımdan zəif və siyasi baxımdan həssas qonşu ölkələrdən ibarət bufer zonası formalaşdırmağa çalışır.
Müəllif bildirir ki, Aİ-nin Ukrayna ilə bağlı uğursuzluğu rüsvayçılıqdır. Çünki Ukraynanın taleyindən bütün postsovet respublikalarının taleyi asılıdır. “Əgər Ukrayna Avroatlantik inteqrasiyanı seçərsə o zaman Putin rejiminin və satraplarının sonu çatıb deməkdir. Keçmiş SSRİ-nin iri, pravoslav və sənayeləşmiş ölkəsinin siyasi, iqtisadi və mədəni nailiyyəti ruslar üçün ən başadüşülən siqnal olacaq ki, onların oğurlayan, bandit, yalançı hökmdarları ölkələrini böyük və qüdrətli etmir,əksinə, inkişafını tormozlayır” deyə Lukas yazır.
Məqalədə qeyd olunur ki, Avropa və Amerikanın Ukraynaya, Gürcüstanavə Moldovaya kömək etmək üçün ən yaxşı yolu Rusiyaya münasibətdə sərt mövqe tutmaqdır. Müəllifin fikrincə, Putinə başa salmağın vaxtıdır ki, onun Rusiyanın qonşuluğunda ov lisenziyası ləğv edilir. Ancaq Lukas bu variantı real saymır.
“Ona görə də ciblərinizi geniş açın” - deyə o vurğulayır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?