Gundemxeber.az » Dünya » Aİ səfirləri Rusiyaya qarşı 13-cü sanksiyalar paketini razılaşdırdılar: 200-ə yaxın şəxs daxil olacaq
Avropa İttifaqı (Aİ) səfirləri Rusiyaya qarşı 13-cü sanksiyalar paketini razılaşdırıblar.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu barədə Belçikanın Aİ Şurasına sədrliyinin “X” hesabında məlumat verilib.
Məlumata görə, sanksiyalar paketi fevralın 24-dək qüvvəyə minəcək.
“Aİ səfirləri indicə 13-cü sanksiyalar paketi ilə bağlı prinsipial razılığa gəldilər. İndi paket Aİ Şurası tərəfindən yazılı təsdiq prosedurundan keçəcək və fevralın 24-dək rəsmi şəkildə təsdiqlənəcək”, - deyə məlumatda bildirilib.
Həmçinin qeyd edilib ki, məhdudiyyətlər Rusiyanın Ukraynadakı müharibəsi ilə əlaqədar tətbiq edilir.
Aİ-nin 13-cü sanksiyalar paketinə 200-ə yaxın fiziki və hüquqi şəxsin daxil olacaq.
Bu barədə məlumatı Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen təsdiqləyib və özünün “X” hesabında bununla bağlı paylaşım edib.
“Rusiyaya qarşı 13-cü sanksiyalar paketinin təsdiqini alqışlayıram. Ümumilikdə 200 nəfəri qara siyahıya salmaqla biz Kremlə güclü təzyiq göstəririk”, - deyə o qeyd edib
Gundemxeber.az
16-12-2022, 14:43
29-04-2014, 10:28
27-05-2016, 00:59
29-04-2014, 10:25
24-04-2016, 23:47
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?