Qroznı şəhərinin Visaitovski rayon məhkəməsi Volqoqradda məscidin yaxınlığında Quranı yandırmaqda təqsirləndirilən Nikita Juraveli 3,5 il müddətinə azadlıqdan məhrum edib. O, cəzasını ümumi rejimli koloniyada çəkəcək.
Gundemxeber.Az xarici mediaya istinadla bildirir ki, hakim Ruslan Dandayev qərarı elan edərək deyib ki, bu əmələ görə maksimum cəza həddi 3,5 il olub və məhkəmə bu cəzanı seçib.
Qeyd edək ki, ittihamnamədə Juravelin bu əməli Ukrayna xüsusi xidmət orqanlarını sifarişi ilə törətdiyi qeyd olunub.
Onu da xatırladaq ki, ötən il Çeçenistan prezidenti Ramzan Kadırovun 15 yaşlı oğlu Adam təcridaxanada qolubağlı Nikita Juraveli döyüb. Kadırov bu görüntüləri sosial şəbəkədə yayaraq oğlu ilə qürur duyduğunu bildirib. Bir sıra qonşu federal subyektlərin rəhbərləri isə Adam Kadırovu bu “şücaət”inə görə orden və medallarla təltif ediblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?