Gundemxeber.az » Dünya » Sudan ordusu Xartumu azad etmək üçün xüsusi əməliyyata başlayacaq
Sudanın xarici işlər naziri Əli Sadiq bildirib ki, yaxın vaxtlarda Xartum şəhərinin üsyançılardan azad edilməsi üçün xüsusi əməliyyat başlayacaq...
Gundemxeber.az xəbər verir ki, bu barədə "RİA Novosti" Agentliyi məlumat yayıb.
"Azadlıq yaxındır. Peyk şəhəri Omdurman demək olar ki, üsyançılardan təmizlənib. Ümid edirik ki, şəhərin qalan hissələrini onlardan azad edə bilərik. Onlar indi bir neçə bloka nəzarət edirlər. Hərbçilər yaxın vaxtlarda bu ərazilərdə onlarla məşğul olacaq", deyə Əli Sadiq qeyd edib.
Xarici işlər nazirinin sözlərinə görə, ölkədə Rusiya Hərbi Dəniz Qüvvələri bazasının yaradılmasına dair razılaşma seçkilərdən sonra yeni parlamentdə nəzərdən keçiriləcək. Naizr vurğulayıb ki, bu məsələ ilə bağlı qərar qəbul edəcək və hökumətə tövsiyə verəcək yeni parlamentin formalaşmasını gözləmək lazımdır. Onun sözlərinə görə, bu məsələ ölkə üçün xüsusi əhəmiyyət kəsb edir.
Bundan əvvəl məlum olmuşdu ki, Sudan hakimiyyəti İranın öz ərazisində hərbi-dəniz bazası qurmaq imkanından imtina edib. Güman edilirdi ki, baza Yaxın Şərq və Afrika regionları arasında strateji ərazidə yerləşəcək və bu, İrana Qırmızı dəniz üzərində nəzarəti gücləndirməyə imkan verəcək.
Qeyd edək ki, bir müddət əvvəl BMT-nin Sudandakı keçid dövrünə dəstək missiyası (UNITAMS) kontingentinin ölkədən çıxarılmasını başa çatdırmışdı. Kiçik bir UNITAMS komandası Port Sudan şəhərində qalacaq. Onlar missiyanın ləğvi prosesinə nəzarət edəcək.
BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik qeyd edib ki, təşkilat ölkəyə humanitar yardım göstərməkdə davam edəcək. BMT həmçinin Sudan xalqını dinc və təhlükəsiz gələcək arzularında dəstəkləyəcəyini vəd edib.
Gundemxeber.az
18-12-2012, 13:36
15-02-2021, 11:35
10-02-2017, 12:33
11-04-2019, 10:34
20-08-2015, 14:45
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?