Gundemxeber.az » Dünya » Kadırov: “Yazırlar ki, biz Levitskinin əl-ayağını kəsmişik”
Çeçenistan rəhbəri Ramzan Kadırov Qərb və Ukrayna mediasının Rusiyada hərbi əsirlərin mübadiləsi üçün “qara bazar”ın olması ilə bağlı iddialarını təkzib edib.
Gundemxeber.az xarici mediaya istinadla xəbər verir ki, onun sözlərinə görə, jurnalistlər çeçenlərin hərbi əsir Vyaçeslav Levitskini sonradan çeçen döyüşçü ilə dəyişmək üçün girov götürdükləri və Qroznıya gətirdikləri barədə saxta xəbər yayıblar. Kadırov bildirib ki, ukraynalı özü yaralanaraq “Axmat” batalyonunun döyüşçülərinə təslim olub.
“Əslində biz müalicədən sonra Vyaçeslav Levitski və daha iki məhbusu Ukrayna tərəfinə təhvil verdik. Bunun müqabilində biz Çeçenistan Respublikasından olmayan üç rus hərbçisini öz vətənlərinə qaytara bildik. Prosedur ciddi şəkildə beynəlxalq hüquq çərçivəsində Rusiya Müdafiə Nazirliyinin fəal dəstəyi ilə baş tutub. Buna görə də mən tam məsuliyyətlə bəyan edirəm ki, nə Rusiyada, nə də Çeçenistanda hərbi əsirlərin dəyişdirilməsi və onlara qarşı işgəncələr üçün “qara bazar”lar yoxdur”, - Kadırov Telegram kanalında yazıb.
Çeçenistan rəhbərinin dediyinə görə, təslim olanda Levitskinin ayaqları sınıb, əllərini isə don vurub. “Təəssüf ki, qanqrenanın başlanğıcı ilə əlaqədar Vyaçeslavın əzaları amputasiya edilməli olub. Amma Qərb mediası yazır ki, biz ölüm ayağında olan Vyaçeslavı kimdənsə almışıq, Qroznıya gətirmişik, qollarını və ayaqlarını kəsmişik ki, sonradan onu çeçenlə dəyişdirək”, - Kadırov bildirib.
Gundemxeber.az
13-10-2015, 13:32
6-12-2014, 00:02
27-11-2017, 11:11
14-12-2014, 02:02
12-10-2018, 11:36
Sorğu
Yeni dizaynımız necədir?