Gürcüstanda hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasından olan deputatlar LGBT təbliğatına qarşı qanun layihəsini parlamentə təqdim etməyə hazırlaşır.
Bu barədə məlumatı partiyanın icraçı katibi Mamuka Mdinaradze Pirveli telekanalına müsahibəsində bildirib.
Siyasətçi LGBT fəallarının BMT-nin İnkişaf Fondu tərəfindən dəstəkləndiyini vurğulayıb:
“Biz BMT-nin İnkişaf Proqramını və digər donor təşkilatları konkret olaraq hansı layihələri maliyyələşdirdiklərini və dost və tərəfdaş ölkələrin vergi ödəyicilərindən gələn vəsaitlərin hara getdiyini aydınlaşdırmağa çağırırıq. Qeyri-ənənəvi cinsi oriyentasiyaya malik insanların hüquqlarını potensial təhlükəli LGBT təbliğatından fərqləndirmək lazımdır”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?