Uqanda parlamenti ölkədə LGBT fəaliyyətini, təşviqatını və təbliğini qəti surətdə qadağan edən qanun qəbul edib.
Gundemxeber.az saytı euronews.com saytına istinadən xəbər verir ki, yeni qanun Uqanda parlamentində iclasında səs çoxluğu ilə qəbul edilib.
Yeni qanunda ölkədə LGBT ilə bağlı qanuna əməl etməyənlərə qarşı ciddi tədbirlər, o cümlədən ölüm hökmüylə də cəzalandırılmasını nəzərdə tutulur. Qanunun tamamilə qüvvəyə minməsi üçün ölkə prezidentinin imzalanması qalır.
Parlamentin nüfuzlu millət vəkili Musa Ekveru deyib:
"Bizim ölkədə öz dəyərlərimiz olacaq. Biz öz kimliyimizi, uşaqlarımızı, uşaqlarımızın uşaqlarını qorumaq üçün bu qanunu qəbul etdirik. Bu ölkə möhkəm dayanacaq. Qanun qəbul edildikdən sonra Uqandada homoseksualizmin ayaq açıb yeriməsinin qarşısını almaq və onunla mübarizə üçün hüquq-mühafizə orqanlarımızı gücləndirəcəyik".
Qanun layihəsinin müəllifi Asuman Basalirvanın bəyanatı isə belə olub:
"Mədəniyyətimizi, qanunlarımızı və uqandalıların dini və ailə dəyərlərini qoruyaq"
Xatırladaq ki, Afrika ölkələrinin çoxunda cinsi azlıqlarla bağlı qanunlar olduqca sərtdir. Uqanda hər il LGBT-çilərlə bağlı qanunu ilbəil sərtləşdirir. Yeni qanunun qəbul edilməsində ölkədə spid virusunun sürətlə yayılması da rol oynayır. Spid xəstəliyi isə daha çox homoseksuallarda rast gəlinir onlar vasitəsiylə yayılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?