“Pxenyan kosmik texnologiyanın inkişafı üçün səylərini davam etdirmək niyyətindədir. Bu il bir neçə kəşfiyyat peykini buraxmağı planlaşdırır”.
GUNDEMXEBER.AZ bildirir ki, bu barədə KXDR-in Kosmik İnkişaf üzrə Dövlət Administrasiyasından xəbər verilib.
Bildirilib ki, ötən il “Malligyong-1” kəşfiyyat peykinin uğurla orbitə buraxılması ölkənin müdafiə qabiliyyətinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.
“Bu il isə daha bir neçə buraxılış gözlənilir”, - deyə agentlikdən əlavə edilib.
Xatırladaq ki, Şimali Koreya noyabr ayında Yer orbitinə buraxılmış kəşfiyyat peykindən ABŞ-nin Sakit Okeandakı ən böyük strateji hərbi bazasının yerləşdiyi Guam adasının, həmçinin Kaliforniya və Yaponiyadakı bazalarının görüntülərini əldə etmişdi.
GUNDEMXEBER.AZ
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?