Gundemxeber.az » Dünya » Erməni iş adamları Rusiyaya görə Brüssel görüşündən narahatdırlar...
Kremlə sadiq dairələr onlara yaxın vaxtlarda yeni məhdudiyyətlərin elan olunacağı ilə bağlı xəbərdarlıq ediblər...
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, hökumətin Rusiyaya qarşı atdığı addımlar Ermənistanda ciddi narahatlıq yaradır. Nəşrin yazdığına görə, baş verənlər hətta hakimiyyətə yaxın olan iş adamlarını da ciddi düşünməyə vadar edib. Belə ki, Kremlə sadiq dairələr onlara yaxın vaxtlarda yeni məhdudiyyətlərin elan olunacağı ilə bağlı xəbərdarlıq ediblər. Qadağalar böyük oliqarxlara, xüsusən də Baş nazir Nikol Paşinyana yaxın olanlara ciddi təsir edəcək.
Məhdudiyyətlərin siyahısı açıqlanmasa da, idxal olunan məhsulların əlavə vergilərə və digər inzibati tədbirlərə məruz qalacağı ehtimalı var.
“Rusiya hökuməti Ermənistanın da iştirak etdiyi Brüssel görüşünün nəticələrini və bundan sonrakı addımları gözləyir. Alınmalı olacaq qərarlar görüşdən sonra bəlli olacaq”, deyə “Hraparak” yazır.
29-06-2018, 11:00
8-04-2022, 12:27
29-04-2014, 10:28
31-01-2018, 00:17
7-12-2012, 17:48
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?