Gundemxeber.az » Dünya » Rusiya: Ermənistan-ABŞ-Aİ görüşü Qafqazı qarşıdurmaya sürükləmək cəhdidir
Rəsmi Moskva İrəvanı Qərbin onu aldatmasına və Ermənistanı yanlış yola salmasına imkan verməməyə çağırır...
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Ermənistan-ABŞ-Aİ formatında yüksək səviyyəli görüşlə bağlı bəyanatında deyilir.
"İrəvan rəhbərliyini Qərbin özünü aldatmasına və ölkəni təhlükəsizlik boşluğunun yaranması, iqtisadiyyatda ciddi problemlər və əhalinin xaricə axını ilə dolu olan yanlış yola yönəltməsinə imkan verməməyə çağırırıq", - nazirlik vurğulayıb.
Bəyanatda qeyd edilir ki, Rusiya Ermənistan-ABŞ-Aİ görüşünü Qərbin Cənubi Qafqazı geosiyasi qarşıdurmaya sürükləmək üçün növbəti cəhdi kimi qiymətləndirir. Regiondankənar qüvvələrin Cənubi Qafqazın işlərinə dağıdıcı müdaxiləsi ən mənfi nəticələrlə nəticələnə bilər.
Qərb Ermənistanı Cənubi Qafqazda son dərəcə təhlükəli planlarını həyata keçirmək üçün alətə çevirmək istəyir.
“Bizə məlumdur ki, Vaşinqton və Brüssel müvəqqəti vədlər altında Ermənistanın KTMT və Avrasiya İqtisadi Birliyindən çıxmasına, Rusiya hərbi bazası və sərhədçilərinin çıxarılmasına can atırlar”, - nazirlikdən əlavə edilib.
Gundemxeber.az
27-08-2018, 16:41
3-08-2021, 10:45
19-11-2020, 18:54
13-04-2021, 17:33
15-04-2014, 10:50
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?