Gundemxeber.az » Dünya » Almaniya və Avstriya kanslerləri Borreli tənqid ediblər
Almaniya kansleri Olaf Şolts və avstriyalı həmkarı Karl Nehammer Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borreli İsrailin əleyhinə söylədiyi sözlərə görə tənqid ediblər.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, nəşr qeyd edir ki, iki Avropa ölkəsinin liderləri İsrail və HƏMAS arasında müharibə ilə bağlı qızğın müzakirə zamanı Aİ-nin baş diplomatına belə bir müsaj ünvanlayıblar: “Siz Almaniya və Avstriya adından Qəzza zolağındakı vəziyyətlə bağlı danışmayın!”.
Bundan əlavə, bu iki siyasətçinin Borrelə qarşı dilinin kifayət qədər sərt olduğu və digər Aİ ölkələrindən olan siyasətçilərin yanında səsləndiyi bildirilir. Şolts və Nehammerin sözlərinə görə, Avropa diplomatiyasının rəhbəri münaqişə ilə bağlı ayrıca mövqe tutmaqdansa, vasitəçi kimi çıxış etməlidir.
Borrell daha əvvəl bildirmişdi ki, Aİ ölkələrinin Ukrayna və Qəzza zolağındakı münaqişələrə fərqli reaksiyaları ərəb ölkələri, Afrika və digər regionlardakı dövlətlərlə münasibətlərdə problem yaradıb. O, Qəzza münaqişəsi ilə bağlı Brüsselin siyasətinin uğursuzluqla nəticələndiyini də deyib.
Gundemxeber.az
6-05-2016, 02:25
12-10-2023, 16:47
1-07-2019, 12:28
8-04-2022, 16:00
14-12-2023, 12:20
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?