Gundemxeber.az » Dünya » Husilər ABŞ-nin iki esminesinə və iki yük gəmisinə hücum ediblər
Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının üzvləri ABŞ-nin iki esminesinə və iki yük gəmisinə hücum ediblər,
Gundemxeber.az xarici mediaya bildirir ki, bu barədə üsyançı hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya bildirib.
Onun sözlərinə görə, İsrailin Eylat limanına gedən “Cyclades” gəmisinə Qırmızı dənizdə hücum olub. “Ənsar Allah” sözçüsü Fələstinin limanlarına gəmilərin keçidini qadağan edən qərarı pozduğunu bildirib.
Hind okeanında isə “MSC Orion”a hücum edilib. Səbəb yük gəmisinin İsrailə aid olduğunun müəyyən edilməsidir.
Bundan əlavə, Səriya Qırmızı dənizdə ABŞ-yə məxsus iki esminesə pilotsuz təyyarə ilə zərbə endirildiyini açıqlayıb. O, husilərin istifadə etdiyi məhvetmə vasitələrinin “məqsədlərinə çatdığını” iddia edib.
Qeyd edək ki, 2023-cü ilin oktyabrında İsrail-Həmas qarşıdurmasının başlamasından sonra husilər yəhudi dövləti ilə əlaqəli gəmilərə hücum etmək niyyətlərini açıqlayıblar. Bununla belə, üçüncü ölkələrin ticarət gəmiləri də hücumlara məruz qalır. Aprelin ortasında üsyançıların lideri Abdel Malik əl-Husi bildirmişdi ki, Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının yeni eskalasiya mərhələsi başlayandan bəri ən azı 98 gəmiyə hücum ediblər.
Gundemxeber.az
9-02-2024, 10:22
8-02-2024, 00:55
9-03-2014, 13:23
27-05-2014, 10:49
13-03-2024, 16:24
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?