Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan delimitasiya əleyhinə aksiyalarda iştirak edən diplomatları fərari adlandırıb.
Ermənistan mediasının məlumatına görə, Mirzoyan bunu ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borqla İrəvanda keçirdiyi mətbuat konfransında bildirib. O, Almatı bəyannaməsini Azərbaycanla sərhədin delimitasiyası üçün əsas ola bilməyəcəyini deyən və sənədi keçmiş sovet respublikalarının ərazi iddialarının olmamasının təsdiqi kimi qiymətləndirən diplomatların, o cümlədən XİN-in keçmiş rəhbərlərinin fikirlərini şərh edib.
Nazir adları çəkilən təcrübəli diplomatların münaqişə dövrlərində öz vəzifələrini, öz “səngərlərini” tərk etdiklərini vurğulayıb:
“Bu, ən yumşaq qiymətləndirmədir. Amma reallıq bundan da pisdir. Bu insanlar Almatı bəyannaməsini və ona əsaslanan sülh prosesini hədəfə almaqla - qəsdən olub-olmadığını deyə bilmərəm - Ermənistanın suverenliyini, dövlətçiliyini və ərazi bütövlüyünü hədəfə alırlar. Bunu ən yaxşı halda istəmədən, ən pis halda başqa ölkənin diktəsi ilə edirlər”, - deyə nazir vurğulayıb
Gundemxeber.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?