Bu ilin ilk 3 ayı ərzində Azərbaycana xaricdən ümumi dəyəri 2 milyon 29,9 min dollar olan 6 min 916,6 ton buğda unu idxal edilib.
Yeniavaz.com-un apardığı hesablama göstərir ki, idxal olunan buğda ununun 1 kiloqramının orta gömrük dəyəri 50 qəpik (29 sent) olub.
İdxal olunan buğda unun 99,3%-i Rusiyadan ölkəmizə gətirilib.
Məlumat üçün bildirək ki, ötən ilin eyni dövründə idxal olunan buğda ununun 1 kiloqramının orta gömrük dəyəri 54 qəpik (32 sent) olub. Açıqlanan məlumatlardan da göründüyü kimi, idxal buğdanın gömrük dəyəri son bir ildə 7,4% aşağı düşüb.
Qeyd edək ki, idxal olunan buğda ununun 1 kiloqramının ölkə daxilindəki pərakəndə satış qiyməti idxal gömrük dəyərindən 3,4 dəfə yükəskdir. Belə ki, bu ilin aprel ayında 1 kiloqram buğda ununun pərakəndə satış qiyməti 1,71 manat olub.
Onu da bildirək ki, buğda ununun idxal gömrük dəyəri son bir ildə 7,4% aşağı düşüdyü halda, pərakəndə satış qiyməti cəmi 3,4% ucuzlaşıb. Ötən ilin aprel ayında 1 kiloqram buğda unun pərakəndə satış qiyməti 1,77 manat olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?