Gundemxeber.az » Dünya » ABŞ-dan Avropa şirkətlərinə sərt xəbərdarlıq
ABŞ Rusiyanın hərbi ehtiyaclarını mallarla təmin edən Çin şirkətlərini sanksiyalarla hədələyir.
GUNDEMXEBER.AZ xəbər verir ki, bu barədə material hazırlayan Financial Times ABŞ-ın bununla bağlı Avropa şirkətlərinə də müvafiq xəbərdarlıq edib.
Nəşr ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemonun Berlində alman biznes liderləri qarşısında çıxışından sitat gətirir. Onun sözlərinə görə, Birləşmiş Ştatlar və Avropa “Çinə ciddi seçim təqdim etməlidir: Çin firmaları ya bizim iqtisadiyyatımızda iş görə bilər, ya da Rusiya döyüş maşınına ikili təyinatlı mallar verə bilər”: "Onlar hər ikisini edə bilməzlər. Kreml bilir ki, o, hərbi məqsədlərinə yalnız Çinin köməyi ilə nail ola bilər".
Financial Times qeyd edir ki, Rusiyanın yüksək texnologiyalı ikili təyinatlı malların idxalının demək olar ki, üçdə ikisini Çin təmin etsə də, Rusiya silahlarında istifadə edilən idxal olunan komponentlərin demək olar ki, hamısı Qərb mənşəlidir.
Bu həftənin əvvəlində Uolli Adeyemo Kiyevə səfər edərək Ukraynanı əmin edib ki, Vaşinqton Amerika mikroçip istehsalçılarının “çiplərinin necə istifadə edildiyini yoxlamaq üçün tədbirlər gördüklərinə” və üçüncü ölkələr vasitəsilə onların Rusiyaya tədarükünün qarşısını aldıqlarına əmin olmaq istəyir.
Onun sözlərinə görə, ABŞ bankları sanksiyalardan yayınma sxemlərinin qarşısını almağa daha fəal cəlb etməyə çalışır ki, məhz maliyyə institutları Rusiyaya malların tədarükünün nə dərəcədə qanuni olduğunu yoxlamaq imkanındadır, çünki bunun üçün bank ödəniş edir.
GUNDEMXEBER.AZ
8-10-2019, 16:38
30-10-2015, 23:18
27-10-2015, 15:43
28-03-2014, 10:42
24-01-2017, 20:35
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?