"Türkiyə ilə münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərdə qarşılıqlı anlaşma mövcuddur, onları icra etmək zamanıdır".
Bunu Ermənistanın xarici işlər naziri (XİN) Ararat Mirzoyan Parlament komissiyalarının birgə iclasında deyib.
XİN rəhbəri bəyan edib ki, İrəvan onların reallıqda həyata keçiriləcəyinə ümid edir.
Xatırladaq ki, 2021-ci ildə Ermənistan hökuməti Türkiyə ilə münasibətləri normallaşdırmaq niyyətində olduğunu bəyan edib. 2022-ci ilin iyulunda Vyanada müvafiq olaraq Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədini keçmək imkanlarının təmin edilməsi, habelə birbaşa hava daşımalarının həyata keçirilməsi barədə razılıq əldə olunub. 2023-cü ilin yanvarında isə Ankara İrəvana birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanın aradan qaldırıldığını bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?