Donald Tramp və bir neçə müttəhimə qarşı Corciya seçkilərinə müdaxilə işi rəsmi olaraq dayandırılır, Fulton dairəsinin prokuroru Fani Uillisin vəzifəsindən kənarlaşdırılması isə apelyasiya məhkəməsi tərəfindən nəzərdən keçirilir.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla bildirir ki, çərşənbə günü dövlət apelyasiya məhkəməsi tərəfindən verilən işin dayandırlması qərarı bu həftənin əvvəlində məhkəmənin apelyasiya şikayəti üçün ilkin oktyabr dinləmə tarixi təyin etdikdən sonra verilib.
Bu o deməkdir ki, Respublikaçılar Partiyasından prezidentliyə ehtimal edilən namizədə qarşı seçkidən əvvəl heç bir məhkəmə prosesi olmayacaq.
Xatırladaq ki, mayın 30-da münsiflər heyəti ABŞ-ın keçmiş prezidentini nikahdankənar əlaqələr haqqında məlumatların gizlədilməsi ilə bağlı cinayət işi üzrə bütün 34 maddə üzrə təqsirli bilib. Məhkəmə cəzanın təyin edilməsi tarixini iyulun 11-nə təyin edib, Trampın özü artıq hökmdən şikayət edəcəyini vəd edib.
Bu, Trampın 2016-cı il seçkilərinə təsir etmək məqsədilə porno aktrisaya məlumatın açıqlanmamasına görə pul ödəməsi ilə bağlı, həm də ABŞ tarixində keçmiş prezidentin ilk cinayət işidir.
Bu cinayət işi ABŞ-da Donald Trampa qarşı qaldırılan dörd işdən biridir, lakin 2024-cü il prezident seçkilərindən əvvəl məhkəməyə gedən və hökmlə başa çatan yeganə cinayət işi ola bilər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?