Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi LGBT təbliğatına qarşı populyar petisiyanı baxılması üçün qəbul edib.
"Biz Qazaxıstan Respublikasında açıq və gizli LGBT təbliğatının əleyhinəyik!" adlı petisiya E-Petition.kz rəsmi portalında dərc olunub. Sənəd rəsmi baxılmaq üçün lazımi sayda, yəni 50 min imza toplayıb.
Bildirilir ki, ərizəyə baxılma müddəti onun qeydə alındığı tarixdən 40 iş gününə qədərdir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?