GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » “Kadırov o adamı şirə yedirdi, qardaşının ölümündə əli var, hərəmxanası...”- SENSASİON FİLM

“Kadırov o adamı şirə yedirdi, qardaşının ölümündə əli var, hərəmxanası...”- SENSASİON FİLM

Tarix: 18-06-2024, 15:13 Bölmə :Dünya Baxış: 140

Rusiyada fəaliyyəti qadağan edilən “Proyekt” Çeçenistanın rəhbərinin ailə sirləri haqda sənədli filmi yaydı-elə iddialar var ki...


“Proyekt” nəşri iyunun 17-də Çeçenistan rəhbəri Ramzan Kadırov və ailəsi ilə bağlı araşdırma dərc edib. 2,5 saatdan çox davam edən sənədli film “Qətllər, azyaşlıların hərəmi və Ramzan Kadırovun varislərinin sirri” adlanır.

Filmdə əvvəl Ramzanın atası Axmat Kadırovun Çeçenistanda hakimiyyətə gəlişindən bəhs edilir, 2004-cü ildə onun ölüm şəraiti ilə bağlı bir sıra suallar verilir, Kadırovun əleyhdarlarının və onların övladlarının qətlindən danışır.

detail_0adfdd52e409ee98631272732ca8fecd.jpg (63 KB)

“Projekt” araşdırmasında iddia edir ki, Kadırovlar ailəsi Çeçenistanda hakimiyyətə Federal Təhlükəsizlik Xidmətinin o zamankı rəhbərinin müavini German Uqryumov və "Lazan" cinayətkar qrupunun lideri Mövladi Atlangeriyevin dəstəyi ilə gəliblər. O zaman Çeçenistanın baş müftisi olan Axmat Kadırov Rusiya xüsusi xidmət orqanlarının şərtləri ilə razılaşıb. İddia olunur ki, onun razılığından sonra ona beş milyon dollar nağd pul və şəxsi istifadə üçün Soçidə bahalı ev verilib. Araşdırmada bildirirlər ki, Axmat Kadırov Çeçenistana rəhbərlik etməyə başladıqdan sonra onun FTX ilə danışıqlarda iştirak edənlərin əksəriyyəti müəmmalı şəkildə ölüb.

“Atlangeriyevin 2008-ci ildə Ramzan Kadırovun adamları tərəfindən qaçırıldığı və Çeçenistanda öldürüldüyü iddia edilir. 1999-cu ildə Kremlin məsləhətləşmələr apardığı tanınmış çeçenlərdən biri, iş adamı Ziya Bajayev qısa müddət sonra təyyarə qəzasında dünyasını dəyişib. Ramzan Kadırovun adamları keçmiş səhra komandirləri Ruslan və Sulim Yamadayev qardaşlarını qətlə yetiriblər, nəhayət, Putinin hakimiyyətə gələndən qısa müddət sonra German Uqryumov da qəflətən ölüb.

6ee588e3d2008878c75bcebb7a218c82.jpg (133 KB)

Həmçinin qeyd edir ki, 2004-cü il mayın 9-da Qroznıda Axmat Kadırova qarşı sui-qəsd təşkil oluna bilərdi. Həmin vaxt Çeçenistan prezidentinin təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsində çalışan Ramzan Kadırovun atasının yanında olmadığı qeyd edilir. Naməlum səbəbdən o, Moskvada olub, Qroznıdakı partlayışdan dərhal sonra oradan xüsusi xidmət orqanlarının mühafizəsi altında Putinlə görüşmək üçün Kremlə aparılıb. İddia edilir ki, sui-qəsd cəhdindən bir qədər əvvəl Axmat Kadırovla Kreml arasında münasibətlər pisləşibmiş. Buna səbəb Moskvanın Çeçenistan neftinin satışından əldə olunan gəlirlərin Qroznıya köçürülməsindən imtina olub. Bu arada isə atasından fərqli olaraq Kremlin Ramzan Kadırovla münasibətləri yaxşılaşıb. Sui-qəsd günü Axmat Kadırovun təhlükəsizliyinə cavabdeh olan şəxslərdən biri Ramzan Kadırovun evindən saxladığı şirə yem edilib.

Araşdırmada daha bir diqqətçəkən hadisə haqda da danışılır. Atasının ölümündən üç həftə sonra Ramzan Kadırovun qardaşı Zəlimxanın kəskin ürək çatışmazlığından ölməsi də suallar doğurub. Mənbə iddia edir ki, qardaşlar daim münaqişədə olublar.

scale_1200.jpg (125 KB)

Araşdırmada Çeçenistanda büdcə pullarının oğurlanması sxemlərinin təfərrüatlarını da var. İddia edilir ki, Çeçenistanın büdcəsinə daxil olan federal vəsaitlər Kadırovun nəzarətində olan üç şirkət vasitəsilə çıxarılır - onların əsas hissəsi büdcə təşkilatları ilə bağlanmış müqavilələr əsasında silinir, sonra isə fərdi şəxslər vasitəsilə nağdlaşdırılır. Sxemdə iştirak edən şirkətlər “İzumrud”, “Benofon” və “Orbita”dır. Araşdırma müəlliflərinə görə, bu şirkətlər respublika rəhbərinin şəxsi pul kisələridir. İddia olunur ki, Çeçenistan rəhbəri xüsusilə büdcədən nağdlaşdırılan pulları azyaşlıların da olduğu şəxsi hərəmxanasının saxlanmasına xərcləyir. Ümumilikdə Kadırovun dörd fərqli qadından uşaqları olduğu iddia edilir.

Araşdırmada iddia edir ki, Boris Nemtsovun qətlini törədənlər 2015-ci ildə cinayəti törətməzdən əvvəl əlaqə saxladığı adamların Kadırovun “sağ əli”, Rusiya Qəhrəmanı və Dumanın deputatı Adam Delimxanovla əlaqəsi olub.

Kadırov və onun nümayəndələri araşdırmaya hələ ki, reaksiya verməyib. Rusiya hakimiyyəti daha əvvəl Vladimir Putin və onun yaxın ətrafı ilə bağlı araşdırma dərc edən “Proyekt”i “arzuolunmaz təşkilat” kimi tanıyıb../musavat.com/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kadırov öldürüldü (FOTO)

    Kadırov öldürüldü (FOTO) ...

    6-12-2014, 00:02

  • 
  • Instagram Kadırovun yeni hesabını blok edib

    Instagram Kadırovun yeni hesabını blok edib ...

    10-11-2018, 11:46

  • 
  • Ramzan Kadırov koronavirus testində anticisimlərin olmadığını deyir

    Ramzan Kadırov koronavirus testində ...

    22-06-2020, 14:47

  • 
  • Çeçenistanda icazəsiz peyda olan kənar təhlükəsizlik qüvvələri yerindəcə güllələnəcək

    Çeçenistanda icazəsiz peyda olan kənar ...

    24-04-2015, 14:51

  • 
  • Kadırov Çeçenistanda daha 9 evi yandırdı və Moskva qarışdı - Şok Video Foto

    Kadırov Çeçenistanda daha 9 evi yandırdı və ...

    14-12-2014, 02:02


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu