Gundemxeber.az » Dünya » Böyük Britaniyanın dövlət borcu ümummilli məhsuluna çatır
May ayında Böyük Britaniya büdcəsinin kəsiri 15 milyard funt sterlinq (18,95 milyard dollar) təşkil edib.
GUNDEMXEBER.AZ xəbər verir ki, bu məlumat Britaniya Milli Statistika İdarəsinin (ONS) hesabatında əksini tapıb.
Bu ilin mayında qeydə alınan göstərici 2023-cü ilin may ayı ilə müqayisədə 0,8 milyard funt sterlinq artsa da, təxminən 15,7 milyard funt-sterlinq kəsir gözlənilən iqtisadçıların orta proqnozundan aşağı olub.
Büdcə gəlirləri illik müqayisədə 1,5 milyard funtsterlinq artaraq 85,1 milyard funtsterlinqə, xərclər isə 2,3 milyard funtsterlinq artaraq 100,1 milyard l funtsterlinqə yüksəlib. Bu zaman dövlət borcuna xidmət xərcləri 8 milyard funtsterlinq təşkil etdi.
Aprel-may aylarında yeni dövlət borclalanmasının ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 milyard funt sterlinq artaraq 33,5 milyard funtsterlinq təşkil edib.
Böyük Britaniyanın dövlət borcunun ümumi həcmi (dövlət banklarından alınan borclar istisna olmaqla) mayın sonunda ölkə ÜDM-nin təxminən 99,8 faizini təşkil edib. Dövlət borcunun ÜDM-ə nisbəti 1960-cı illərin əvvəllərindən bəri ən yüksək səviyyədədir.
GUNDEMXEBER.AZ
11-02-2014, 01:29
20-12-2014, 23:30
5-11-2015, 17:15
30-04-2016, 11:09
12-01-2014, 02:18
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?